"Rakuv" - "Qarabağ" oyununun hakimləri bəlli olub

"Rakuv" - "Qarabağ" oyununun hakimləri bəlli olub


"Rakuv" və "Qarabağ" komandaları arasında Polşada keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub.

"Report"un məlumatına görə, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Enri və Giyom Mer laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər