"Lex" - "Qarabağ" oyununa 22 mindən çox bilet satılıb

"Lex" - "Qarabağ" oyununa 22 mindən çox bilet satılıb


"Qarabağ"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Polşada "Lex" ilə keçirəcəyi ilk oyununa indiyədək satılmış biletlərin sayı bəlli olub.

Poznan təmsilçisinin rəsmi tviter hesabı xəbər verir ki, qarşılaşma üçün 22 mindən çox bilet satılıb.

Polşa çempionu kassada 21 minə yaxın biletin qaldığını açıqlayıb. "Poznan" stadionu 43 min azarkeş tutumuna malikdir.

Qeyd edək ki, iyulun 5-də oynanılacaq "Lex" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda gerçəkləşəcək.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər