Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Pərviz Şahbazov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Azərbaycan Respublikasının Energetika naziri Pərviz Şahbazova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Pərviz Şahbazov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Azərbaycan Respublikasının Energetika naziri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Pərviz Şahbazov özünü doğruldub. Bizdə hörmətli Pərviz Şahbazovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Azərbaycan “OPEC plus”un xam neft hasilatının yeni səviyyəsi ilə bağlı qərarını dəstəkləyib
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin Vyanada keçirilən 35-ci iclasında “Əməkdaşlıq Bəyannaməsi” ölkələrinin 2024-cü il üçün gündəlik ümumi xam neft hasilatının səviyyəsini tənzimləyən qərar qəbul olunub. Razılaşmaya uyğun olaraq gələn il gündəlik xam neft hasilatı “OPEC plus” üzrə 40,46 milyon barrel, Azərbaycan üçün 551 min barrel həcmində müəyyən edilib.
“OPEC plus”un yeni qərarını şərh edən energetika naziri Pərviz Şahbazov bildirib ki, “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üçün əsas məqsəd neft bazarında ümumi mənafeyə xidmət edən balansa nail olmaq və neft sektorunun inkişafına mənfi təsir göstərən volatilliyin qarşısını almaqdır. “Hesab edirəm ki, OPEC və qeyri-OPEC ölkələrinin bu qərarı da neft bazarına zəruri dəstəyi təmin edəcək.”
“OPEC plus”un növbəti görüşü 2023-cü ilin 26 noyabr tarixinə təyin edilib.

Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi ilə görüş keçirilib
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir

“Bakı Enerji Həftəsi”nin Naxçıvan Muxtar Respublikasında keçirilən xüsusi sessiyası çərçivəsində energetika naziri Pərviz Şahbazov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət ediblər və önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Sonra nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli ilə görüşüb. Görüşdə Naxçıvanın enerji təchizatının hazırkı vəziyyəti, Muxtar Respublikanın yaşıl enerji zonasına çevrilməsi istiqamətində görüləcək işlər, qarşıya qoyulmuş hədəflər və gələcək perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir


Naxçıvanda Energetika Nazirliyi xarici şirkətlərlə 900 MVt gücündə yaşıl enerji layihələri üzrə anlaşma memorandumları imzalayıb
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir

“Bakı Enerji Həftəsi” çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib. Energetika naziri Pərviz Şahbazov “Heydər Əliyev ili”ndə Naxçıvanda keçirilən bu tədbirin missiyasından bəhs edib. Bildirilib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Naxçıvanın strateji əhəmiyyəti artır. Naxçıvanın enerji təhlükəsizliyini möhkəmləndirən və onu enerji mərkəzinə çevirən yeni bir inkişaf mərhələsi başlanır. Qarabağ və Şərqi Zəngəzurla yanaşı Naxçıvanın “yaşıl enerji zonası” elan edilməsi də dövlət başçısının mütərəqqi inkişaf siyasətinin təzahürüdür.
Bu ərazilərin bərpa olunan enerji mənbələri üzrə ümumi texniki potensialının 15 QVt olduğu, azad edilmiş ərazilərdə 53,6 MVt gücündə 11 KSES-in artıq istismar edildiyi, 70,5 MVt gücündə 7 KSES hazırda inşa olunduğu və bu il daha ümumi gücü 76,8 MVt olan 9 stansiyanın tikintisinə başlanacağı diqqətə çatdırılıb. Qeyd edilib ki, kiçik su elektrik stansiyalarının bərpasına özəl investisisiyanın cəlbi istiqamətində işlər aparılır. Cəbrayılda 240 MVt gücündə “Şəfəq” Günəş Elektrik Stansiyası, Araz çayı üzərində 140 MVt gücündə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları da Şərqi Zəngəzurun “yaşıl” inkişafına öz töhfəsini verəcəkdir.
Əlverişli günəş radiasiyasına malik Naxçıvanın “yaşıl enerji zonası”nda inkişafı üçün Konsepsiya hazırlandığını vurğulayan nazir deyib ki, külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin xarici investisiya hesabına yaradılması və onun ən azı 1000 MVt-nın Türkiyə və Avropa istiqamətində ixracı strateji hədəfimizdir: “Bu gün burada “Total Energies” və “Nobel Energy Management” şirkətləri ilə ümumi gücü 900 MVt olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq. Bu güclərin 650 MVt-ı məhz Naxçıvanda yaradılacaq. Bu güclərin yaradılması həm Naxçıvanı, həm də Şərqi Zəngəzuru “yaşıl enerji”nin istehsal və istehlakı ilə bərabər ixracının da mənbə və marşrutuna çevirir.”
Sessiya çərçivəsində Energetika Nazirliyi “Nobel Energy Management” şirkəti ilə Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Energetika Nazirliyi və “TotalEnergies” şirkəti arasında 250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir
Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Pərviz Şahbazovun diqqətindədir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər