Vətənpərvər iş adamı, xeyirxah insan...İsrafil Hüseynov

Vətənpərvər iş adamı, xeyirxah insan...İsrafil Hüseynov


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - tanınmış iş adamı, xeyriyyəçi İsrafil Hüseynovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Təsadüfən deməyiblər, elin gözü tərəzidir. Hər bir insanı öz mühiti, öz toplumu formalaşdır və onun həyatına, fəaliyyətinə ən sərrast qiyməti də məhz öz ətrafı, tanıdıqları, yaşadığı, üzvü olduğu toplum verir. Bu qiymətləndirmədən uğurla keçmək, bu imtahandan alnıaçıq çıxmaq isə hər adamın nəsibi olmur.

Əgər bugünə kimi yaxşılıq etdiyi, təmənnasız xeyirxahlıq göstərdiyi çoxsaylı insanların minnətdarlığını və alqışlarını da mükafat saysaq, onda deyə bilərik ki, İsrafil müəllim Hüseynovun saysız-hesabsız mükafatlar və təltiflər müəllifidir.

İsrafil Hüseynovun səmimiyyət, xeyirxahlıq, mərdlik, düzlük kimi müsbət insanı keyfiyyətlərini də, xüsusi ilə qeyd etmək lazımdır. O, həm də nümunəvi ailə başçısı, bir nəslin, mən deyərdim ki, bir elin, obanın nüfuzlu şəxslərindədir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər