Ləziz Çərəz — ləzzət dənəcikləri!

Ləziz Çərəz — ləzzət dənəcikləri!


Ləziz çərəz şirkəti Azərbaycanda yerləşərək, quru meyvələrin topdan və pərakəndə satışı ilə məşğul olur.

Azərbaycanın sağlam gələcəyinin qurulmasında pay sahibi olmaq.

Uzun müddətdir Azərbaycan bazarında fəaliyyət göstərərək LəzizÇərəz şirkəti sizə yeni onlayn mağazasını sizə təqdim edir. Mağazamız vasitəsi ilə siz bəyəndiyiniz hər bir məhsulu sifariş verə bilərsiz. Əməkdaşlarımız qısa zaman ərzində sizin sifariş etdiyiniz məhsulu Bakı şəhəri daxilində lazım olan ünvana çatdıracaqlar.



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Əbülfəz, Əbülfət və Rəvan qardaşlarının keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Əbülfəz, Əbülfət və Rəvan qardaşları qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudurlar. Onların heç bir müraciətini geri çevirməyən Əbülfəz, Əbülfət və Rəvan qardaşları səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdırlar.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insanlara, Əbülfəz, Əbülfət və Rəvan qardaşlarına biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər