Lukaşenkodan çağırış: "Dövlətləri xarabalığa çevirmək üçün trilyonlar xərcləyirlər"

Lukaşenkodan çağırış: "Dövlətləri xarabalığa çevirmək üçün trilyonlar xərcləyirlər"


"Müharibəni dayandırın, səbəblərini araşdırmaq üçün hələ çox vaxtımız olacaq".

Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynadakı münaqişənin dayandırılmasının vacibliyini bəyan edib.

"İndi əsas vacib məsələ Ukraynadakı müharibənin dayadırılmasıdır, onun səbəblərinin araşdırılması yox", - o qeyd edib.

Əlavə edib ki, istənilən toplantılarında Ukraynadakı vəziyyət mütləq müzakirə edilir: "Təcrübəli bir insan kimi sizdən xahiş edərdim ki, hər hansı səbəbləri araşdırmaqdan çəkinmək lazımdır. Gec-tez biz bu səbəblər barədə çox danışacağıq. İndi isə ən vacib məsələ münaqişəni dayandırmaqdır".

Lukaşenko onu da bildirib ki, Qərb elitası dövlətləri məhv edib xarabalığa çevirmək üçün militarizasiya üçün trilyonlarla dollar xərcləyir.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər