Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Ağstafada 5 dekabr Beynəlxalq Könüllülər Günü münasibəti ilə "Heydər Əliyev və Müasir Azərbaycan Gəncliyi" mövzusunda tədbir keçirilib

Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon Gənclər və İdman İdarəsi, RİH yanında İctimai Şuranın və "Ağstafa Gənclər Evi" sosial xidmət müəssisəsinin təşkilatçılığı ilə keçirilib.

RİH başçısı Seymur Orucov bu əlamətdar gün münasibəti ilə gəncləri təbrik edərək bildirib ki, müstəqil Azərbaycanda bütün sahələrin olduğu kimi könüllülüyün də inkişafı ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Bu gün də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın bu sahəyə göstərdikləri yüksək diqqət və qayğının nəticəsində könüllülük hazırkı yüksək inkişaf səviyyəsinə çatıb, bütün sahələrdə gənclərin fəaliyyəti üçün yeni fürsətlər yaradılıb. Ölkəmizdə keçirilən mötəbər tədbirlərdə on minlərlə könüllünün fəaliyyətinə şərait yaradılır, onların hər birinin əməyi yüksək qiymətləndirilir və bu iş hər yerdə olduğu kimi Ağstafada da uğurla davam etdirilir.

RİH başçısı gəncləri maraqlandıran məsələləri dinləyib, onların təklif və müraciətlərini qəbul edib.

Könüllülərin əl işlərindən ibarət sərgi nümayiş etdirilib, rayonun ictimai həyatında fəallıq göstərən bir qrup könüllü müvafiq sertifikatla təltif olunub.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirilib

Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Seymur Orucovun sədrliyi ilə RİH başçısı aparatının akt zalında keçirilən iclasda Şura üzvləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şura iclasını giriş sözü ilə açan RİH başçısı cari ilin 9 ayının yekunu barədə qısa məlumat verib və gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri Sənan Mustafayev Ağstafa rayonunda idarə, müəssisə və təşkilatların 2022-2023-cü il qış mövsümünə hazırlığı vəziyyətinə dair, başçının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı və rayon ərazisində bütün iəd üzrə bələdiyyə orqanlarında “Gender əsaslı zorakılıq və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrup”nun yaradılmasına dair məruzələrlə çıxış ediblər.

Şuranın gündəliyində duran məsələlər ətrafında geniş müzakirələr aparılıb, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.

Sonda rayonun ictimai-siyasi həyatında fərqlənən 5 nəfər şəxs Ağstafa RİH-in Fəxri Fərmanları ilə təltif olunublar. Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi tərəfindən İctimai İştirakçılıq: Şəffaflıq, Hesabatlıq və İnformasiya Açıqlığı monitorinqi layihəsi çərçivəsində təltif olunması münasibəti ilə şura üzvlərinə xüsusi təşəkkür edilib.

Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Göycəli kəndindən olan Vətən müharibəsi şəhidimiz Turan Raqif oğlu Məmmədlinin şəhadətə ucalmasının ikinci ildönümündə əziz xatirəsi ehtirmla anılıb

Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL

Ağstafa RİH başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxslərlə birlikdə Vətən oğlunun doğma evində ailəsini ziyarət edib. Turanın keçdiyi mənalı ömür yolu, eləcə də döyüş meydanında nümayiş etdirdiyi qəhrəmanlıq nümünəsi bir daha böyük iftixarla xatırlanıb, şəhidlərimizin ruhuna dualar oxunub. Ölkəmizdə şəhid ailələrinin üzvlərinə, qazilərə və müharibə iştirakçılarına göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub.

07.12.1993-cü ildə Göycəli kəndində dünyaya göz açan Turan Məmmədli 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin giziri kimi döyüşüb. Doğma kəndində torpağa tapşırılan şəhidimiz ölkəmizin suverenliyi naminə göstərdiyi misilsiz xidmətlərinə görə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Ağstafa Rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər