Ağstafa Rayon İcra Hakimiyyəti yanında yaradılmış İctimai Şura üzvləri ilə görüş keçirilib
Görüşü giriş sözü ilə açan RİH başçısı Seymur Orucov bildirib ki, “İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsini, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlik olan İctimai Şuranın Ağstafada səmərəli fəaliyyəti üçün hər cür dəstək göstəriləcəkdir.
İctimai Şuranın sədri Hüseyn Hüseynov bütün üzvlər adından onlara göstərilən etimadın yüksək səviyyədə doğruldacaqları üçün səylərini əsirgəməcəyəcəklərini vurğulayıb. Şura üzvləri çıxış edərək qarşıya qoyulmuş vəzifələr və onların icrası üçün hazırlanmış fəaliyyət planı haqqında geniş məlumat veriblər.
Görüşdə ictimaiyyətlə əlaqələrin daha sıx qurulması istiqamətində maarifləndirmə tədbirlərinin genişləndirilməsi ilə bağlı ətraflı müzakirələr aparılıb.
Qaçaq Kərəm kəndində vətəndaşların növbəti səyyar qəbulu keçirilib
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Qaçaq Kərəm kəndində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.
Səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul əməkdaşları iştirak ediblər.
RİH başçısı vətəndaşları fərdi qaydada qəbul edib, onların irəli sürdükləri təklif və müraciətləri nəzarətə götürüb. Qaldırılan məsələlər ətrafında müzakirələr aparılıb və onların həlli ilə bağlı tədbirlər müəyyən edilib.