Cavanşir Feyziyev: Bu gün Azərbaycanda digər ölkələrə nümunə olacaq gənclər siyasəti həyata keçirilir

Cavanşir Feyziyev: Bu gün Azərbaycanda digər ölkələrə nümunə olacaq gənclər siyasəti həyata keçirilir


“Bu gün Azərbaycanda digər ölkələrə nümunə olacaq gənclər siyasəti həyata keçirilir. Azərbaycanda 2 fevral tarixinin Gənclər Günü kimi qeyd olunması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin təşəbbüsü ilə 1996-cı il 2 fevral tarixində gənclərin 1-ci forumu keçirilmişdir. 1997-ci ildə isə Heydər Əliyevin imzaladığı müvafiq sərəncamla Azərbaycan Gənclərinin Forumunun keçirildiyi 2 fevral tarixi ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başladı. Gənclərə hər zaman böyük diqqət və qayğı ilə yanaşan ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyi haqqında “Mənim üçün ən əziz nemət Azərbaycan uşaqlarıdır, Azərbaycanın gəncləridir” fikirlərini söyləmişdir”. Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib. Bildirib ki, əsası ulu öndər, ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Cənab Prezident İlham Əliyev gənclərin hərtərəfli inkişafını, onların düzgün, milli-mənəvi dəyərlərə sadiq və vətənpərvər ruhda yetişdirilməsini hər zaman xüsusi diqqət mərkəzində saxlamışdır. Məhz bütün bunların nəticəsidir ki, Azərbaycan gəncliyi ölkəmizi dünya miqyasında layiqincə təmsil etməklə yanaşı, 44 günlük Vətən müharibəsində yüksək milli vətənpərvərlik ruhu, mənəvi dəyərlərə sadiqlik nümayiş etdirərək, qəhrəmanlıq dastanı yazdılar”, əminliklə demək olar ki, Azərbaycan gəncliyi Cənab Prezident İlham Əliyevin onlara olan etimad və güvənini doğrultmuşdur. Azərbaycan gəncliyi hər zaman Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşmiş, ölkə başçısının həyata keçiridiyi uğurlu daxili və xarici siyasəti dəstəkləmişdir: “Əziz gənclər, 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə hər birinizi təbrik edir, ölkəmizin qüdrətlənməsi, çiçəklənməsi yolunda səmərəli fəaliyyətinizdə sizə müvəfəqqiyyətlər arzu edirəm. Azərbaycan xalqı öz gəncləri ilə fəxr edir”.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər