Xocavənd Rayonunda silsilə tədbirlər davam edir

Xocavənd Rayonunda silsilə tədbirlər davam edir


Ağcabədi rayonunda Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir

Xocavənd Rayonunda silsilə tədbirlər davam edir


Xocavənd Rayon İcra Hakimiyyətinin Başçısı Eyvaz Hüseynov növbəti səyyar qəbulu 18 avqust 2022-ci il tarixdə Ağcabədi rayonunda məskunlaşan rayon sakinləri ilə keçirdi.
Səyyar qəbulda RİHB aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, həmçinin qəsəbə sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə ölkə başçısının avqustun 12-də İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Ermənistana ünvanlanmış sərt açıqlamalar və xəbərdarlıqlara toxunmuş, Vətən müharibəsindən ötən iki ilə yaxın müddət ərzində Ermənistan tərəfinin öz üzərinə götürdüyü öhdəliklərdən yayındığını, əlavə vaxt qazana bilmək üçün mütəmadi olaraq təxribatlara əl atdıqlarını, lakin hər dəfə bu təxribatların qarşısının Azərbaycan Ordusu tərəfindən anındaca alınması və düşmənə lazımi dərsin verildiyini bildirmişdir. Belə ki, Azərbaycan “Qisas” əməliyyatı keçirərək şəhidimizin qanını aldı və qarşı tərəfi ciddi cəzalandırdı. Odur ki, Ermənistan 44 günlük Vətən müharibəsində aldığı dərsi unutmamalıdır. Bu ölkə Azərbaycana qarşı olan ərazi iddialarından və təcavüzkar siyasətindən birdəfəlik əl çəkməli, yeni reallıqları qəbul etməlidir. Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparır və heç zaman bu mövqeyindən geri çəkiləsi deyil.
Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Prezident İlham Əliyevin məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirdiyi, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyini qəbulda bir daha xatırladıb. Dövlətimizin başçısının işğaldan azad edilmiş ərazilərin bərpası, məcburi köçkünlərin doğma yurd-yuvasına qayıdışının başlanması üçün verdiyi tapşırıqlardan, məcburi köçkünlər üçün yaşayış sahələrinin işğaldan azad edilmiş ərazilərdə inşa olunmasından, sakinlərin yeni mənzillərə köçürülməsindən söz açaraq bildirdiki, Zəngilan rayonunda "ağıllı kənd" konseptində salınan Ağalı kəndinə qayıdışın ilk mərhələsinin başa çatıb və bu mərhələdə kənddə 41 məcburi köçkün ailəsinin yerləşdirilib və Ağalıya əhalinin köçürülməsi davam etdirilir.
Daha sonra səyyar qəbulda iştirak edən qəsəbə sakinlər onları narahat edən məsələləri gündəmə gətiriblər. Eyvaz Hüseynov ümumi qəbuldan sonra vətəndaşları fərdi qaydada da dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Qəbulda iştirak edən vətəndaşlar səyyar qəbuldan razı qaldıqlarını bildirib, problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə, Birinci-vitse prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Xocavənd Rayonunda silsilə tədbirlər davam edir
Xocavənd Rayonunda silsilə tədbirlər davam edir


Xocavənd Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir

Xocavənd Rayonunda silsilə tədbirlər davam edir


Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Beyləqan rayonu ərazisində xocavəndli məcburi köçkünlər üçün salınmış Yeni Xocavənd qəsəbəsində sakinlərlə növbəti səyyar qəbul keçirmişdir. Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, başçının müavinləri, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov öncə işğaldan azad edilmiş ərazilərdə aparılan abadlıq quruculuq işlərindən söz açmış və bildirmişdir ki, Vətən müharibəsində qazanılmış parlaq Qələbədən sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəal iştirakı ilə işğaldan azad edilmiş ərazilər əsaslı şəkildə bərpa olunur, Qarabağın və Şərqi Zəngəzurun dirçəlişini sürətləndirən genişmiqyaslı nəqliyyat, istehsal, ticarət, turizm infrastrukturlarının yaradılması üzrə çoxşaxəli layihələr, nəhəng bərpa-quruculuq işləri həyata keçirilir. Tarixi torpaqlarımızda layiqli yaşayışın bərpasına yönəlmiş nəhəng quruculuq işləri, o cümlədən regionda davamlı təhlükəsizliyin və asayişin təmin edilməsi üçün aparılan minatəmizləmə əməliyyatlarına cəlb olunan xeyli sayda işçilərin hazırda bu ərazilərdə çalışması, eyni zamanda, Böyük Qayıdışın ilkin mərhələsi kimi əhalinin Şərqi Zəngəzura köçürülməsi, burada müasir infrastrukturla yanaşı rahat həyat tərzi və dövlət xidmətlərinə əlçatanlığı şərtləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdikdən sonra Zəngilan rayonunun Ağalı kəndinə tikinti-quruculuq işləri geniş vüsət alıb. Nəticədə ötən dövr ərzində Ağalı kəndində lazımi infrastruktur yaradılıb. Kənd hazırda doğma sakinlərinə qucaq açıb.
Eyni zamanda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Qisas əməliyyatından söz açaraq bildirdiki, müzəffər Azərbaycan Ordusunun Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinə vurduğu sarsıdıcı zərbələr Ermənistan üçün böyük dərs, eyni zamanda son xəbərdarlıq olmalıdır. Qüdrətli Azərbaycan Ordusu bugünkü qisas əməliyyatları ilə bir daha göstərdi ki, suveren ərazilərimizdə terrorun, separatçılığın kökü nəyin bahasına olursa olsun, qətiyyətlə kəsiləcək. “44 günlük Vətən Müharibəsi zamanı kapitulyasiya aktı imzalamağa məcbur olan Ermənistan rəhbərliyi iki ilə yaxındır ki, üzərinə götürdüyü öhdəliklərə əməl etmir. Azərbaycan dövləti bu müddət ərzində proseslərə səbr və təmkinlə yanaşıb, məsələni dinc yolla, danışıqlar masasında həll etməyə çalışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə bəyan edib ki, biz bölgədə yeni müharibə istəmirik. Amma təəssüf ki, rəsmi İrəvan bu xəbərdarlıqlardan nəticə çıxarmır. Cavab əməliyyatları nəticəsində bir neçə hakim yüksəkliklərin nəzarətə götürülməsi, düşmənin xeyli sayda canlı qüvvəsinin və hərbi texnikasının məhv edilməsi ilə şəhid olan hərbçimizin də qisası dərhal və misli ilə alınıb: “Düşmən bütün bunlardan nəticə çıxarmalı, qisasın bundan sonra da amansız olacağını bilməlidir.
Daha sonra sakinlərin təklifləri və onları narahat edən problemlər dinlənilib. Vətəndaşların müraciətləri nəzarətə götürülüb və onların həlli ilə bağlı aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib. Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xocavənd Rayonunda silsilə tədbirlər davam edirXocavənd Rayonunda silsilə tədbirlər davam edirXocavənd Rayonunda silsilə tədbirlər davam edir

Şəhid Elzamin Tağıyevin xatirəsi anılıb

Xocavənd Rayonunda silsilə tədbirlər davam edir


Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Xocavənd rayon Qaradağlı kənd sakini Tağıyev Elzamin Eyvaz oğlunun doğum günü münasibətilə Xocavənd qəsəbəsində yerləşən Şəhidlər məzarlığında anım tədbiri keçirilmişdir. Tədbirdə hüququ-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, RİH yanında İctimai Şuranın üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdi. Tədbir iştirakçıları öncə şəhidlərin məzarları önünə qərənfillər düzmüş, onların əziz xatirəsinə ehtiramlarını bildirmişlər. Daha sonra canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək 44 gün davam edən Vətən müharibəsinin tarixi qələbəmizlə başa çatmasında Şəhid və qazilərimizin, ümumilikdə müzəffər Azərbaycan ordusunun böyük rəşadəti hesabına mümkün olduğunu bildirdi .Eyvaz Hüseynov Vətən müharibəsində qəhrəmancasına döyüşərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Elzamin Tağıyevin döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün onlara öz minnətdarlığını bildirmişdir. Başçı Elzamin kimi qəhrəman övladların igidliyi, qəhrəmanlığı, şücaəti nəticəsində 30 illik vətən həsrətinə son qoyulduğunu tədbir iştiraçılarının diqqətinə çatdırmışdır. Tədbirdə Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının müəllimi, Mirzə Ələkbər Sabirin nəticəsi Əhməd Nəbiyev, QHT sədrləri çıxış edərək Vətən müharibəsində qazanılan şanlı Qələbənin Azərbaycan tarixində əbədi qalacağını bildiriblər. Qeyd ediblər ki, müharibənin taleyini müəyyənləşdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri oldu. Azərbaycan Ordusunun əldə etdiyi tarixi Zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının özünəinamını geri qaytardı, xalqın öz Liderinə etibarını daha da möhkəmləndirdi.Şəhidin atası Eyvaz Tağıyev övladının qəhrəmanlığı ilə fəxr etdiyini bildirmiş, Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə öz dərin minnətdarlığını bildirmişdir. Sonda rayon məktəblilərinin hazırladıqları bədii kompazisiya nümayiş olunmuşdur.
Xatırladaq ki, Tağıyev Elzamin Eyvaz oğlu 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərərək Şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Cəsur döyüşçü” “Vətən uğrunda”,”Qubadlının azad olunmasına görə” “Şuşanın azad olunmasına görə” ,
“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah rəhmət eləsin.

Xocavənd Rayonunda silsilə tədbirlər davam edirXocavənd Rayonunda silsilə tədbirlər davam edirXocavənd Rayonunda silsilə tədbirlər davam edirXocavənd Rayonunda silsilə tədbirlər davam edir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər