Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi

Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi


Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildi.
Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun aidiyyatı idarə, müəssisə və təşkilat rəhbərləri və kənd sakinləri iştirak etdi.
Tədbirdə Nərimankənd kənd İcra nümayəndəsi Asif Ağamalıyev çıxış edərək ötən dövr ərzində görülmüş işlərdən danışdı və qarşıda duran problemlər barədə ətraflı məlumat verdi. Bildirdi ki, ötən səyyar qəbul zamanı kənd sakinləri tərəfindən qaldırılan 5 məsələnin hamısı həll edilmişdir.
Biləsuvar rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev çıxış edərək kənd sakinlərinə səmimi görüş üçün minnətdarlığını bildirdi və respublikamızın bu günkü hərtərəfli inkişafı barədə ətraflı danışdı.Bildirdi ki, rayonumuzda əhalinin rifah halının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi üçün əsasən kənd təsərrüfatı daha da inkişaf etdirilməlidir. Nərimankənd kəndi də rayonun pambıqçılıq üzrə ixtisaslaşmış ən böyük kəndlərindən biridir.Bu da kənddə məşğulluğun tam təmin edilməsinə şərait yaradır və əhalinin gəlirlərinin artmasına səbəb olur.Bütün bunlar əhalinin maddi-rifah halının gündən-günə yüksəlməsinə, onların sosial vəziyyətinin və məişət şəraitinin yaxşılaşmasına xidmət edir.
M.Quliyev bildirdi ki, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş, o cümlədən minimum əmək haqlarının və pensiyaların artırılması istiqamətində Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən qərarlar bir daha göstərir ki, əhalinin sosial müdafiəsi və rifah halının yüksəldilməsi öklə başçısının daim diqqət mərkəzindədir.
Görüşü zamanı rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Nərimankənd kənd əhalisinin problemlərini dinlədi və qaldırılan məslələlərin həll olunması məqsədi ilə aidiyyəti təşkilat rəhbərlərinə tövsiyə və tapşırıqlarını verdi.


Biləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildiBiləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildiBiləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildiBiləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildiBiləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildiBiləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildiBiləsuvar rayon İcra Hakimiyyəti Başçısının Nərimankənd kəndində vətəndaşlarla növbəti görüşü və səyyar qəbulu keçirildiБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər