Baku Cable Goknur LTD öz məhsullarının keyfiyyətinə zəmanət verir və nəzərinizə çatdırır ki, istehsaldan çıxmış hər bir kabel ayrı-ayrılıqda laboratoriya testi keçir və beynəlxalq standardtlara uyğundur

Baku Cable Goknur LTD öz məhsullarının keyfiyyətinə zəmanət verir və nəzərinizə çatdırır ki, istehsaldan çıxmış hər bir kabel ayrı-ayrılıqda laboratoriya testi keçir və beynəlxalq standardtlara uyğundur




Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “Baku Cable Goknur LTD” şirkəti drektoru Rahib Rzayevin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“Baku Cable Goknur LTD” şirkəti drektoru Rahib Rzayev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Rahib Rzayev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Baku Cable Goknur LTD” şirkəti drektoru Rahib Rzayevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Baku Cable Goknur LTD” şirkəti drektoru Rahib Rzayevdir.

“Baku Cable Goknur LTD” şirkəti 2003-cü ildə təsis olunmuşdur. Şirkət dünya standartlarına uyğun geniş çeşiddə və müxtəlif ölçüdə 450/750V PVC izolə olunmuş quraşdırma (montaj) kabelləri, 450/750V PVC izolə olunmuş elastik kabelləri, 300/500 PVC izolə olunmuş quraşdırma (montaj) kabelləri, 300/500 PVC izolə olunmuş çoxdamarlı, elastik mis ötürücülü kabellər, 0.6/1 kV izolə olunmuş alçaq gərginlikli kabellər, PVC kabel kanalları istehsal edir və 2008-ci ilin sonundan 6/10 kV, 8.7/15 kV, 12/20 kV, 20.3/35 kV orta gərginlik kabellərinin istehsalına başlamışdır. Eyni zamanda müxtəlif odadavamlı halogensiz kabellər istehsal olunur.

Baku Cable Goknur LTD öz məhsullarının keyfiyyətinə zəmanət verir və nəzərinizə çatdırır ki, istehsaldan çıxmış hər bir kabel ayrı-ayrılıqda laboratoriya testi keçir və beynəlxalq standardtlara uyğundur


“Baku Cable Goknur LTD” TS EN ISO 9001:2000 keyfiyyət sertifikatı, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət komitəsinin AZS Milli Sertifikatlaşdırma sistemi ilə “Uyğunluq Sertifikatı” – na, OHSAS 18001-2007, TS EN ISO 9001:2008, VDE ECS/CIG 021 - 024: 2014 və KEMA 2014 və s. keyfiyyət sertifikatlarına layiq görülmüşdür.
2007-ci ildə şirkət öz fəaliyyətini daha da genişləndirmək məqsədilə Xəzər rayonu Zirə qəsəbəsində 4 hektarlıq ərazidə yeni zavod inşa etdi. Zavod Almaniya, Türkiyə, Finlandiyada istehsal olunan müasir avadanlıqlarla təchiz edilmişdir. Zavodun istehsalı ayda 2000 ton kabel təşkil edir.
Yeni zavod sayəsində Baku Cable Goknur əmtəə bazarına daha keyfiyyətli məhsullar təqdim etməyə başladı. Xammal Rusiya, Türkiyə və digər Avropa ölkələrindən alınır. Uyğun qiymətlərlə alıcılara təqdim olunan kabel və kanalların tez bir zamanda quraşdırılmasına və təhlükəsizliyinə zəmanət verilir. Bununla yanaşı, quraşdırma zamanı divarların boyamasına və digər xərclərə ehtiyac qalmır.
Yüksək keyfiyyəti özünə əsas prinsip seçən Baku Cable Goknur LTD istehsal etdiyi malları daxili əmtəə bazarından başqa Gürcüstan, Əfqanistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə də ixrac edir.
Baku Cable Goknur LTD öz məhsullarının keyfiyyətinə zəmanət verir və nəzərinizə çatdırır ki, istehsaldan çıxmış hər bir kabel ayrı-ayrılıqda laboratoriya testi keçir və beynəlxalq standardtlara uyğundur.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər