Hacı Tahir Abbaszadə: İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi məscid adlanır

Hacı Tahir Abbaszadə: İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi məscid adlanır


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “İmamzadə” ziyarətgahının axundu Hacı Tahir Abbaszadənin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Hacı Tahir Abbaszadə: İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi məscid adlanır


“İmamzadə” ziyarətgahının axundu Hacı Tahir Abbaszadə qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Hacı Tahir Abbaszadə səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “İmamzadə” ziyarətgahının axundu Hacı Tahir Abbaszadəyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İslam dininə görə, Allaha və Allahın birliyinə, Məhəmmədin son peyğəmbər olduğuna, mələklərə və onların gətirdiyi kitablara, eləcə də axirət həyatının mövcudluğuna inanan şəxslərə "müsəlman" deyilir.
İslam dini dünyada ən geniş yayılmış monoteist dinlərdən biridir. İslam dini eramızın VII əsrində meydana gəlib. "İslam" ərəb dilindən tərcümədə “təslim olmaq” mənasını bildirir. İslam dini insandan Allahın iradəsinə və müqəddəs qanunlarına qeydsiz-şərtsiz təslim olmağı tələb etdiyi üçün ona bu ad verilib.
İslam dininə mənsub insanlara "müsəlman" deyilir. Bu dinə Yaxın və Orta Şərq ölkələrində, Şimali Afrika və Cənub-şərqi Asiya ölkələrinin əhalisinin böyük əksəriyyəti etiqad edirlər.
İslam dinində müsəlmanların Allaha kütləvi və tək ibadətləri üçün nəzərdə tutulmuş memarlıq tikilisi məscid adlanır. Məscid namaz qılınan məkanı ifadə edir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər