Uşaqlar naməlum hepatit növünə yoluxur

Uşaqlar naməlum hepatit növünə yoluxur


Dünya ölkələrində uşaqlar arasında naməlum hepatit növünə yoluxmalar aşkar edilir.

Trend bildirir ki, artıq Böyük Britaniya, Hollandiya, İspaniya, Danimarka, İsrail və ABŞ-da adıçəkilən xəstəliyə yoluxma halları qeydə alınıb.

Avropa Xəstəliklərin Qarşısının Alınması Mərkəzi bəzi xəstələrdə gedişatın ağır olduğunu, hətta qaraciyər transplantasiyasına ehtiyac duyulduğunu bildirib.

Məlumatlara görə, ümumi simptomlar kəskin hepatit üçün xarakterikdir. Lakin bu xəstəliyin elmə məlum olan növlərinin heç biri laboratoriya müayinələri zamanı təsdiqini tapmayıb.

Ümumdünya Səhiyyə Təşkilatı da artıq yoluxma halları ilə bağlı müvafiq araşdırmalara başlayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər