Ayaz Əsgərov: Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir

Ayaz Əsgərov: Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir



Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cəfərli Cəfər Babacəfər oğlunun xatirəsi ehtiramla anıldı

Ayaz Əsgərov: Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir


Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri tərəfindən məzarı ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı düşmən tapdağından azad etdiyini, Vətən Müharibəsində tarix yazan qəhrəman əsgər və zabitlərimizin Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdiyini bildirmişdir.
Cəfər Cəfərli 11 dekabr 1999-cu ildə Yardımlı rayonunun Avun kəndində anadan olmuşdur. 2018-ci ildə hərbi xidmətə çağırılmış və xidmətini başa vurduqdan sonra, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində müddətdən artıq xidmət etməyə başlamışdır. Vətən Müharibəsində iştirak etmiş və Xocavənd rayonu ərazisində şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, “Vətən Uğrunda”, “Şuşanın azad olunmasına görə”, ”Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunmuşdur.

Ayaz Əsgərov: Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir
Ayaz Əsgərov: Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir


Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov - Azərbaycanın səyləri regionda hər hansı yeni müharibə risklərinin minimuma endirilməsi məqsədi daşıyır. Bunun üçün ən yaxşı yol kommunikasiyaların açılması, aktiv dialoqun qurulması və yenidən qonşu olmağı öyrənməkdir. Sülh razılaşması üzərində iş aparılmalı və düşmənçiliyə son qoyulmalıdır.

Ölkəmiz regionda nadir geosiyasi mövqeyə malik ölkədir. Baxmayaraq ki, Azərbaycan ərazisinə görə böyük dövlət deyil, suverenliyini tam qoruyub saxlaya bilmişdir. Nəticədə, bu gün Azərbaycan geosiyasi proseslərdə və irimiqyaslı iqtisadi layihələrdə, ilk növbədə, milli maraqlarını nəzərə alaraq iştirak edir, yeni sosial-iqtisadi əməkdaşlıq əlaqələrinin də formalaşmasına təkan verir. Bundan başqa, Azərbaycan əsas geosiyasi oyunçularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində maraqlı olan ölkədir və bu məsələdə böyük uğurlar da əldə etmişdir.

Heç kimə sirr deyil ki, hazırda Azərbaycan təkcə Qafqaza deyil, həm də Yaxın və Orta Şərq regionuna təsir edən ciddi bir amilə də çevrilmişdir. Belə ki, Azərbaycanın enerji resursları ilə yerləşdiyi regionun zənginliyi və əsas geosiyasi oyunçuların enerji resurslarının dünya bazarına nəql etmək marşrutları üzərində tam nəzarət əldə etmək istəkləri regional mübarizənin çoxkonfiqurasiyalı olduğunu təsdiqləyir. Belə qarışıq geosiyasi və geoiqtisadi reallıqlar fonunda da Azərbaycan milli maraqlarını qorumaqla yanaşı, qarşıdurmaya yox, əməkdaşlığa təkan verəcək istənilən addımı dəstəkləməklə və təşviq etməklə fərqlənir.

Azərbaycan öz inkişafında dünya sivilizasiyasının daimi dəyərlərinə – demokratiyaya, insan azadlığına və qanunun aliliyinə istiqamətlənir. Bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı surətdə faydalı münasibətlər qurmağa və ölkəmizin çoxtərəfli diplomatiyada fəal iştirakını təmin etməyə yönəlmiş xarici siyasət konsepsiyası da bundan irəli gəlir. Bu siyasətin əsas xüsusiyyətləri şəffaflıq, mehriban qonşuluq və tərəfdaşlıqdır. Bu gün Azərbaycan dövlətinin güclənməsi və regional proseslərə siyasi, iqtisadi və mədəni təsirinin artması regional əməkdaşlığın güclənməsinə səbəb olan güclü amillərdir. Eqoist maraqları heç zaman yaxına buraxmayan Azərbaycan malik olduğu iqtisadi və kommunikasiya potensialını region xalqları ilə bölüşməsi ilə seçilir və buna çoxsaylı nümunələr də göstərmək olar. Ancaq bir məsələdə Azərbaycanın istəyi dəyişməz qalır: ölkəmizin milli və geosiyasi maraqlarına hörmət edilməlidir. 30 ildən artıq bir müddətdə işğalçılıq siyasətinin girovuna çevrilmiş Ermənistanın gələcəyi məhz, Azərbaycanın müəyyənləşdirdiyi qırmızı xətləri keçməməsindən asılı olacaq. Prezident İlham Əliyev də düşünür ki, bu gün Ermənistan üçün həqiqətən müstəqil ölkə olmaq arzusunu reallaşdırmaq üçün son şansdır. Dövlət başçısının sözlərinə görə, Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər oldu və yeni vəziyyət yeni yanaşmalar tələb edir. Azərbaycan yeni reallıqlara münasibətini nümayiş etdirir və qarşı tərəfdən, yəni Ermənistandan da adekvat reaksiya göstərilməsini gözləyir.

Lakin 44 günlük İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətdən nəticə çıxarmaq əvəzinə erməni siyasi dairələrində revanşist bəyanatlar səsləndirilir. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdəki çıxışında Prezident İlham Əliyev bildirdi ki, Ermənistanın siyasi dairələrindən nə hökumətdən, nə də müxalifətdən heç bir müsbət açıqlama görmürük. “Azərbaycanlıların hisslərini təhqir etmək, bizi şeytan kimi qələmə vermək adi hala çevrilib. İyunda keçiriləcək seçkilərdən (Ermənistanda - red.) sonra nə olacağını, hansı ideologiyanın üstün gələcəyini bilmirik. Bununla belə, Azərbaycanofobiya, nifrət və genişlənmə ideologiyası onların öz cəmiyyətlərinin dağılmasına gətirib çıxarıb”, – deyən ölkə başçısı əlavə etdi ki, indi düşdükləri bu vəziyyətə görə, onlar yalnız özlərini və liderlərini günahlandırmalıdırlar.

Prezident İlham Əliyev Ağdam rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirdi ki, Azərbaycanın qələbəsi bütün faşistlərin aqibətinin ermənilərin aqibətinə bənzər olacağını göstərdi. Dövlət başçısı bir daha vurğuladı ki, xalqımızın, dövlətimizin təhlükəsizliyinə zərrə qədər təhlükə yaranacağı təqdirdə, düşmən dərhal yerindəcə məhv ediləcək: “Onlar da bizim gücümüzü bilirlər və görürlər”.

Bir sözlə, indi top Ermənistan tərəfindədir və rəsmi İrəvan qonşu ölkələrə ərazi iddialarından əl çəkməsə, Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasa Ermənistanın vəziyyəti hətta müharibədən əvvəl olduğundan da pis olacaq. Qlobal güc mərkəzlərilə münasibətlərini milli maraqlarına uyğun formalaşdırmağı bacaran rəsmi Bakının yaratdığı imkanlardan yararlanması da Ermənistanın öz əlindədir. Postmüharibə dövrünün yeni reallıqlarına adekvat reaksiya verməyəcəyi təqdirdə ermənilər regional dalanda çapalamaqda davam edəcəklər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər