Daşkəsənli Vətən Müharibəsi şəhidləri Orxan Bəxtiyarov və Tural İsmayılov anılıb

Daşkəsənli Vətən Müharibəsi şəhidləri Orxan Bəxtiyarov və Tural İsmayılov anılıb



Noyabrın 16-da Vətən Müharibəsi şəhidi əsgər Bəxtiyarov Orxan Sərvər oğlunun anım günü Daşkəsən Şəhidlər Xiyabanında qeyd edilib.
Anım mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, “Çovdar“ filiz emalı sahəsinin və “Daşkəsən Dəmir Filiz” MMC-nin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin rəisi, Şəhidin ailə üzvləri, rayonun şəhid anaları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhid Orxan Bəxtiyarovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məzarına güllər düzülüb, dualar oxunub.
Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev Şəhidin ailəsinə başsağlığı verib, səbir diləyib. Əhəd Abıyev çıxışında deyib:
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusu 30 illik erməni işğalına son qoyaraq ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi zəfər çaldı.
Daşkəsənlilər də Vətən Müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, qəhrəmancasına vuruşmuş, onlardan 32 nəfər müqəddəs şəhidlik zirvəsinə ucalmışdır. Belə cəsur, igid döyüşçülərimizdən biri də Vətən Müharibəsi şəhidi əsgər Daşkəsən rayon sakini Bəxtiyarov Orxan Sərvər oğludur.
Orxan Bəxtiyarov 1991-ci ildə Daşkəsən şəhərində andan olub. O, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına vuruşmuş, şəxsi igidlik və şücaət göstərmişdir. Orxan Bəxtiyarov 2020-ci il noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, 2020-ci il noyabrın 16-da Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Orxan Bəxtiyarov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Bu gün Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə yüksək səviyyədə diqqət və qayğı göstərirlər. Bütün daşkəsənlilər adından dövlət rəhbərimiz cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk. Şəhidimizin anası qarşısında baş əyirik. Allahdan Gülbəs xanıma səbir diləyirik. Allah şəhidimiz Orxan Bəxtiyarova rəhmət eləsin, onun əziz ruhu şad olsun.
Sonra məktəb şagirdləri Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər oxuyublar.
Şəhidin anası Gülbəs Bəxtiyarova ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Noyabrın 16-da Daşkəsən rayon İcra hakimiyyətinin işçiləri, rayonun hüquq-mühafizə orqanları, SHXÇDX-nin rayon bölməsinin əməkdaşı, Şəhidin yaxınları, şəhid valideynləri, qazilər və rayonun ictimaiyyət nümayəndələri Vətən Müharibəsi şəhidi əsgər İsmayılov Tural Nürəddin oğlunun anım gününü Şəhidin Gəncə Şəhidlər Xiyabanında olan məzarı yanında keçiriblər. Anım mərasimində şəhid əsgər Tural İsmayılovun xatirəsi anılıb, ruhuna dualar oxunub, məzarına güllər düzülüb, şərəfli həyat və döyüş yolundan söhbət açılıb. Bildirilib ki, Tural İsmayılov 1999-cu ildə Daşkəsən rayonu Zivlan kəndində andan olmuşdur. O, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş, qəhrəmancasına savaşmış, şəxsi igidlik və şücaət göstərmişdir. Tural İsmayılov 2020-ci il noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmış, 2020-ci il noyabrın 16-da Gəncə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Tural İsmayılov “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhidin atası Nürəddin İsmayılov, anası Nazilə İsmayılova ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsənli Vətən Müharibəsi şəhidləri Orxan Bəxtiyarov və Tural İsmayılov anılıbDaşkəsənli Vətən Müharibəsi şəhidləri Orxan Bəxtiyarov və Tural İsmayılov anılıbDaşkəsənli Vətən Müharibəsi şəhidləri Orxan Bəxtiyarov və Tural İsmayılov anılıbDaşkəsənli Vətən Müharibəsi şəhidləri Orxan Bəxtiyarov və Tural İsmayılov anılıbDaşkəsənli Vətən Müharibəsi şəhidləri Orxan Bəxtiyarov və Tural İsmayılov anılıbБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər