Daşkəsəndə Vətən Müharibəsi şəhidi Rüstəm İsmayılovun anım mərasimi keçirilib

Daşkəsəndə Vətən Müharibəsi şəhidi Rüstəm İsmayılovun anım mərasimi keçirilib


Dekabrın 17-də Vətən Müharibəsi şəhidi əsgər İsmayılov Rüstəm Üzeyir oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Anım mərasimində Daşkəsən rayon İcra hakimiyyətinin işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, Şəhidin ailə üzvləri, yaxınları, şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələrinin iştirak ilə Şəhidin məzarı ziyarət olunub, gül-çiçək düzülüb.
Daşkəsən rayon İcra hakimiyyəti başçısının müavini Namiq Süleymanov Şəhidin ailəsinə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyevin adından bir daha başsağlığı verib, şəhid Rüstəm İsmayılovun həyat və döyüş yolundan danışıb. Deyib ki, Rüstəm İsmayılov 1995-ci il avqustun 29-da Daşkəsən şəhərində doğulub. Onun hərbi xidməti 2013-cü ildə ön xətdə yerləşən hərbi hissələrin birində keçib. Ali təhsil alsa da, hərbidə çalışmağı seçib. Qısa zamanda öz xidmətində nümunəviliyi, vətənpərvərliyi, yoldaşlarına xoş davranışı ilə seçilən Rüstəm, Vətən Müharibəsində 2020-ci il oktyabrın 2-də Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq Şəhidlik zirvəsinə yüksəlib, 2020-ci il dekabr 17-də Daşkəsən rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Prezident cənab İlham Əliyevin sərəncamları ilə şəhid Rüstəm İsmayılov “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidimizin ailə üzvləri də çıxış edərək Rüstəm İsmayılovla bağlı xatirələrini bölüşüblər.
Şəhid Rüstəm İsmayılovun atası Üzeyir İsmayılov, anası Nübar İsmayılova ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini


Daşkəsəndə Vətən Müharibəsi şəhidi Rüstəm İsmayılovun anım mərasimi keçirilibDaşkəsəndə Vətən Müharibəsi şəhidi Rüstəm İsmayılovun anım mərasimi keçirilibDaşkəsəndə Vətən Müharibəsi şəhidi Rüstəm İsmayılovun anım mərasimi keçirilibDaşkəsəndə Vətən Müharibəsi şəhidi Rüstəm İsmayılovun anım mərasimi keçirilibDaşkəsəndə Vətən Müharibəsi şəhidi Rüstəm İsmayılovun anım mərasimi keçirilibБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər