"Palma" İstirahət Mərkəzi Cazibədar, əsrarəngiz istirahət ocağı!

"Palma" İstirahət Mərkəzi Cazibədar, əsrarəngiz istirahət ocağı!




Ölkədə çox populyar olan Nabran istirahət zonası Xaçmaz rayonun ərazisindədir. Qumlu çimərliklərin mənzərəli meşələrlə qovuşduğu şəfalı yerlərdə çoxsaylı turist bazaları, pansionatlar, ən tələbkar turistləri də razı salacaq şəraitə malik olan istirahət evləri tikilmişdir.

"Palma" İstirahət Mərkəzi Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Nabran zonasında, Xəzər dənizinin sahilində yerləşir. "Palma"da Siz sağlam və tam dəyərli istirahət üçün zəruri olan hər şeyi tapacaqsınız. Dəniz suyu, təmiz hava və ecazkar, möcüzəli təbiət Sizin məzuniyyətinizi unudulmaz təəssüratlarla doldurmaqla yanaşı, səhhətinizi möhkəmləndirməkdə yardımçınız olacaq.

"Palma" İstirahət Mərkəzi Cazibədar, əsrarəngiz istirahət ocağı!
"Palma" İstirahət Mərkəzi Cazibədar, əsrarəngiz istirahət ocağı!


Sizin istirahətiniz üçün lazım olan hər şey buradadır!
Düşərgənin qonaqları çoxsaylı ağaclar, güllər və fəvvarələrin əhatəsində yerləşən rahat və gözəl kotteclərdə yaşayırlar. İstirahət kompleksimizdə 250 nəfərlik banket zalı, “Təndir” restoranı, Meşə zolağının ərazisində inşa edilmiş "Ocaqbaşı" restoranı, 120 nəfərlik konfrans zalı, diskoteka mövcuddur. Mükəmməl servisi ilə fərqlənən restoranlarımızın menyusunda Azərbaycan, rus və Avropa mətbəxinin ən gözəl yeməkləri yer alır.

İdman kompleksinin tərkibinə süni ot örtüklü futbol, voleybol və badminton meydançaları, stolüstü tennis, bilyard masaları və uşaqlar üçün oyun meydançası daxildir.

Almaniya və Türkiyə istehsalı olan etibarlı və eletronik təmizləyici sistemlə təchiz edilmis geniş və rahat 2 ədəd hovuz daim sizin ixtiyarınızdadır.

Hovuzlardan biri 275 m2, digəri 2200 m2 genişlikdədir. Hər 2 hovuzun yanında uşaqlar üçün hovuz mövcuddur. Böyük hovuzun yanında ayrıca olaraq “Aquapark” vardır.

Dincələnlərin xidmətinə 43 müasir tipli bir, iki və üç mərtəbəli kottec verilmişdir. Bu kotteclərdə gün ərzində ümümilikdə 287 qonağı yerləşdirmək mümkündür.Otaqların çeşidləri sizə geniş imkanı verir.
43 kottecdə olan 105 otağın hərbirində mebel dəsti, televizor, daxili telefon,soyuducu və sanitar qovşağı vardır.
Yeni tikilmiş boyük hovuzun kənarında inşa edilmiş 2 ədəd 3 mərtəbəli kotteclərin hər biri 12 nomrədən (nomrələrin hər biri qonaq və yataq otağından) ibarətdir. Otaqlar Avropa standartlarına uyğun olaraq 2 nəfərin istirahəti uçün təchiz olunmuşdur.
3 ikinəfərlik otaqdan ibarət 36 KOTTEC. Hər otaqda mebel dəsti, televizor, daxili telefon, soyuducu və sanitar qovşağı vardır.

2 ikinəfərlik yataq otağı və 1 yemək otağından ibarət
7 KOTTEC. Otaqlar mebel dəsti, televizor, daxili telefon və sanitar qovşağı ilə təchiz edilmişdir.


Hər mərtəbədə 2 yataq yerli 2 yataq otağı olan 3 mərtəbəli
2 KOTTEC.. Hər otaqda mebel dəsti, televizor, daxili telefon, soyuducu və sanitar qovşağı vardır.

2 ikinəfərlik yataq otağı və 1 ikinəfərlik otaqdan ibarət
14 KOTTEC. Hər bir otaq mebel dəsti, televizor, daxili telefon, soyuducu, kondisioner, sanitar qovşağı və isitmə sistemi ilə təchiz edilmişdir.

Cazibədar, əsrarəngiz istirahət ocağı!

İstirahət Düşərgəsində Sizə Avropa səviyyəli servis təklif olunur. O cümlədən:
• Otaqlara xidmət;
• Camaşirxana xidməti;
• Dayanacaq xidmətləri - kompleks 50 avtomobillik dayanacaqla təchiz olunmuşdur;
• Konfransların təşkili. Zəruri hər şeylə təchiz edilmiş, 120 nəfərlik konfrans zalı Sizin xidmətinizdədir.


Böyük hovuzun ətrafında “Aquapark”, bufet , bar və şou-proqramların keçirilməsi üçün nəzərdə tutlmuş səhnə mцvcuddur. Hər axşam saat 23-00dan etibarən dincələnlərin xidmətinə verilən 150 nəfərlik diskoteka “Palma”da burada yerləşmişdir.Diskotekamızda ən son musiqiləri dinləyə və müxtəlif iзki və kokteyllərin dadına baxa bilərsiniz.

Təbii meşə örtuyundə yerləşən “Ocaqbaşı” restoranında Azərbaycan milli mətbəxinə aid hər cür təamlardan dada bilərsiniz.

Konfrans zalının yerləşdiyi iki mərtəbəli binanın birinci mərtəbəsində yerləşən 150 nəfərlik müasir standartlara uyğun restoranımızda səhər yeməkləri “Svec stolu”ndan yeyə bilər, nahar və şam yeməklərini isə Avropa və milli mətbəxlərindən sifariş edə bilərsiniz.

“Palma” istirahət mərkəzində 24 saat həkim xidmətindən istifadə edə bilərsiniz.

“Uşaq aləmi” zalında uşaqlarınızı təcrubəli baxıcıların ixtiyarına buraxa bilərsiniz.

Müştərilər sauna və gözəllik salonu xidmətlərindən gün ərzində faydalana bilərlər.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər