Deputat Nəriman Əliyev necə xarakterizə edilir?

Deputat Nəriman Əliyev necə xarakterizə edilir?


Aktiv deputatlardan biridir. Əksər həmkarlarından fərqli olaraq qanunvericilik təşəbbüsü ilə dəfələrlə çıxış edib. Jurnalistlərlə münasibətləri çox yaxşıdır. Hər zaman ondan münasibət öyrənmək istədikdə fikirlərin bildirir. İstərdim Nəriman Əliyev kimi deputatlarımızın sayı çox olsun”.

Ümumiyyətlə işgüzar, bacarıqlı, aktiv deputatdır. İstənilən jurnalist istənilən vaxt ondan müsahibə ala bilər. Dəfələrlə onun parlamentdə sosial-siyasət, ailə müansibətləri ilə bağlı çıxışlarının şahidi olmuşam. Sözün əsl mənasında deputatdır”.

Nəriman Əliyevə bir insan kimi böyük hörmətim var. Öz işini, öz sahəsini yaxşı bilən, savadlı mütəxəsisslərdəndir. Parlamentdə də işgüzarlığı və fəallığı ilə seçilir. Xüsusilə son dövrlər. Çıxışları zamanı bir sıra vacib məsələ və problemləri qaldırır. Qanunvericilik prosesində xeyli sayda layihələri keçib. Mənə elə gəlir ki, bir çox deputatdan fərqli olaraq Nəriman Əliyev mandatından şəxsi mənafeyi üçün istifadə etməyib”.

Milli Məclisdə öz işinə can yandırdığı hiss olunur. Müxtəlif qanun layihələri ilə, xüsusilə sosial, tibb, vətəndaşların sosail müdafiəsi ilə bağlı müzakirələrdə çıxış edir. Hər zaman diqqətimi çəkən məqam Nəriman Əliyevin parlamentdə çıxış etməzdən öncə ölkədə gedən proseslərə dair, statistik göstəricilərlə bağlı ümumi mənzərə yaratması və həmkarlarının diqqətini bu sahəyə yönləndirməyə çalışmasıdır.

İnsan həmişə eşitdiklərindən çox gördüklərinə inanır. Mən də həmişə gördüyünə inananlardanam. Bəlkə də bu jurnalist fəaliyyətimdən irəli gəlir.

Nəysə yazının başlığında qeyd etdiyim kimi bu yazının əsas mövzusu Masallı rayon deputat Nəriman Əliyevdir. Son vaxtlar Nəriman Əliyev haqqında KİV-də dərc olunan yazılar məni çox düşündürürdü. Axı mən də bir Azərbaycanlı kimi Nəriman müəllimi çox yaxşı tanıyıram. Əvvəl dediyim kimi eşitdiklərimə deyil gördüklərimə inanalardanam. Bu düşüncələrlə jurnalist təcrübəmdən istifadə edərək araşdırmalarıma başladım. Əvvəlcə İnternetdə Nəriman Əliyev haqqında son illərdə yazılmış yazıları bir yerə yığdım və o yazıların hardan, hansı saytlarda və kimlər tərəfindən yazıldığını yoxladım. Məlum oldu ki Nəriman Əliyev haqqında yazılar əsasən deputat seçildikdən sonra yazılmışdır. Bu yazıları dəqiq təhlil etdikdə məlum oldu ki yazılar bir əldən çıxır və yayılır. Yazıların tam məqsədi məlum olmasa da bir məna var kimlərsə Nəriman Əliyevin şəffaf işini görmək istəmir, kimlərsə yuxarı dairələrdə Nəriman Əliyev haqqında mənfi fikirlər yaratmağa çalışır. Ən pisi isə odur ki, bütün bu pis oyunlara bir jurnalist alət edilir.

Şantaj yazmaqla bəslənən insanlar öz bədnam əməllərini həyata keçirə bilmək üçün xalqı çaşdırmaq Nəriman Əliyevi əhalinin və ölkə rəhbərliyinin gözündən salmaq məqsədi ilə şər-böhtan və şantaj xarakterli yazılardan istifadə edirlər. Buna misal Nəriman Əliyevin rayonda ən böyük və ən uğurlu layihələrin təməli atıldığı gündən yazılar, tənqidlər başladı nə başladı. Amma Ölkə rəhbərliyinin xeyir duası ilə başlanan layihələrin başa çatmasına mane ola bilmədilər. Layihə başa çatdı, ölkə rəhbərliyi gəldi açılışlar etdi.

Masallı rayon deputat Nəriman Əliyevə aidiyyəti olmayan məsələdə nöqsan axtarıb Nəriman Əliyevi günahlandırmaq vicdansızlıqdır.

Araşdırmalarım davam edir. Növbəti yazılarda kimlər niyə qarışıqlıq yaratmaq istəyir bunları araşdıracam.

Sonda isə o şəxslərin diqqətinə çatdırmaq istəyirəm ki bu gün Nəriman Əliyev ilə əhali arasında inam, etibar var. Sizlər bu inamı qıra bilməzsiniz. Yaxşı olar ki öz pis əməllərinizi, kimlərinsə çirkin maraqlarını həyata keçirmək üçün başqa ünvan seçəsiniz.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər