Parlamentdə büdcə müzakirələri başladı

Parlamentdə büdcə müzakirələri başladı












Azərbaycanın 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin Milli Məclisdə müzakirəsinə başlanıb.
"Ölkə.Az" "APA-Economics"ə istinadən xəbər verir ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə edilir.
İclasda maliyyə naziri Samir Şərifov 2018-ci ilin dövlət və icmal büdcələrinin layihələri barədə məlumat verəcək.

Müzakirələr iki gün davam edəcək.

Noyabrın 21-də isə büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər