Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir

Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir












Hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, nümunəvi icra başçısıdır. Bu şəxs kimidir? Bu şəxs Xəzər rayon İcra Hakimiyyətinin başçının birinci müavini Vaqif Həsənovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara, Xəzər rayonunda minlərlə ailəyə yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Vaqif Həsənov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

-Vaqif Həsənov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

Vaqif Həsənovun Xəzər rayon İcra Hakimiyyətinin başçının birinci müavini vəzifəsinə təyin olunduğundan sonra keçən müddət ərzində bu materiallarda Xəzər rayonunun özündə, eləcə də eyni səlahiyyət dairəsinə aid olan bütün ərazi vahidlərində müşahidə olunan iqtisadi inkişaf, rifah yüksəlişi əhatəli şəkildə əks olunub. Davamlı olaraq Xəzər rayonunun sosial-iqtisadi inkişafı üçün görülməsi vacib olan işlərin tam sürətlə və uğurla icra olunduğu barədə təfsilatlar da təqdim olunub. Xəzər rayonundan aldığımız yeni məlumatlarda da bölgədə ictimai həyatın dinamik məcrada, quruculuq fəaliyyətinin müşayiəti ilə davam etdiyi vurğulanır. Bu gün Xəzər rayonunda yenə də əksər sahələrin fəaliyyətində böyük canlanma müşahidə olunmaqdadır.

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Xəzər rayonu tutur. Qeyd edək ki, Xəzər rayonu son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Gülağa İslamovun və başçının birinci müavini Vaqif Həsənovun gərgin əməyinin nəticəsidir. Belə ki, Vaqif Həsənov Xəzər rayonuna başçının birinci müavini təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Xəzər rayonunda görüləcək işlər çoxdur. Həm də Xəzər rayon sakinləri üçün görüləcək işlər həddindən artıq çoxdur. Vaqif Həsənov əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar.

Ümumiyyətlə cənab Vaqif Həsənov tez tez vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir. Vaqif müəllim cənab Prezidentin sözləri ilə desək özünü Xəzər rayon sakinlarinin bir nömrəli xidmətçisilərindən sayır. Əminliklə demək olar ki, Xəzər rayonu öz simasını tamamı ilə dəyişib. Bunu sakinlərlə söhbətimizdədə təsdiqlədilər.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Vaqif Həsənov Xəzər rayon İcra Hakimiyyəti başçının birinci müavinljk fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkə başçısının Xəzə rayonunda aparılan bu işlərə verdiyi yüksək qiyməti bu gün bəzi mətbuat orqanları və saytlar həzm edə bilmir, hec bir həqiqətə söykənməyən, qərəzli məlumatlar yayaraq özlərini reklam etməyə, bu eybəcər yolla oxucu toplamağa çalışırlar. Lakin bu qısqanclığın bircə adı var ki, o da öz peşəsini bilməmək, jurnalistikadan uzaq olan bəzi insanların bu sahədə çalışmalarıdır. Bütün bunlara baxmayaraq, Xəzər rayonu respublikamızın digər rayonları kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daima inkişaf edəcək və yeni-yeni uğurlara imza atmaqda davam edəcək.

P.S. Xəzər rayon İcra Hakimiyyətinin başçının birinci müavini Vaqif Həsənov un oğlu haqqında yayılmış bütün xəbərlər sadəcə gülünc doğurur və hamısı yalandır, Vaqif Həsənovu gözdən salmaq istəyirlər amma alınmayacaq


Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir
Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir
Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir
Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir
Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir
Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir
Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir
Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir
Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir
Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilir
Vaqif Həsənovun rəhbərliyi altında yerli inkişaf proqramı həyata keçirilirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər