Azad Hüseynovun atdığı addımların sayəsində Ağcabədi Mərkəzi Xəstəxanasında camaat məmnuniyyəti yerinə gəlib

Azad Hüseynovun  atdığı addımların sayəsində Ağcabədi Mərkəzi Xəstəxanasında camaat məmnuniyyəti yerinə gəlib









Hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbər, baş həkimdir. Bu şəxs kimidir? Bu şəxs Ağcabədi rayon mərkəzi xəstəxanasının baş həkimi Azad Hüseynovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, problemləri ilə qəbuluna gələn vətəndaşlara, Ağcabədi rayonunda minlərlə ailəyə yardımçı olmağı özünə borc bilən bir vəzifə sahibidir Azad Hüseynov. Bu insan, O qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

Son günlər ölkə KIV-lərində Ağcabədi rayon mərkəzi xəstəxanasının baş həkimi Azad Hüseynov haqqında həqiqətə uyğun olmayan, gülünc doğuran yazılar dərc edirlər.

Əslində bu yazılarda həqiqət yükü olmadığına görə reaksiya verən də olmur. İnsanlar belə yazılara dodaq büzür və sifariş adlandırırlar. Əslində, məsələ yalnız, yalan, böhtanla bitmir. Məsələn sensasya yaratsınlar deyə “Ağcabədi Mərkəzi Xəstəxanasında maxinasiyalar” başlığı seçirlər və sonra bu başlıq altında da nələr yazırlar bir özləri bilir, bir ALLAHları.

Yazılan böhtanlarda diqqət çəkən və əslində həm də bütün yazılanları ifşa edən başqa bir məqam da var. Görəsən bu adamlar niyə köhnə palan işi tökürlər? Niyə Azad Hüseynovun fəaliyyətindən yazmırlar? Axı Azad Hüseynovun xırdaca bir qüsurunu filə döndərmək bu adamlar üçün peşəyə çevrilib. Amma indiki halda nala mıxa vurub Azad Hüseynovun gördüyü işləri sanki yaddan çıxarırlar. Cənablar, Azad Hüseynov Ağcabədi Mərkəzi Xəstəxanasının baş həkimidir.

Bütün virtual məkanda fəaliyyət göstərən saytlardan və jurnalistlərdən çiçəklənən və Dünya müstəvisində artıq öz sözünü müstəqil demək imkanına malik olan, hegemon dövlətlərlə bir masa arxasında əyləşən Azərbaycanımızın hədəf aldığı gözəl gələcəkdən və işıqlı perspektivlərindən yazmağa çağırırıq.

Azad Hüseynovun  atdığı addımların sayəsində Ağcabədi Mərkəzi Xəstəxanasında camaat məmnuniyyəti yerinə gəlib
Azad Hüseynovun  atdığı addımların sayəsində Ağcabədi Mərkəzi Xəstəxanasında camaat məmnuniyyəti yerinə gəlib
Azad Hüseynovun  atdığı addımların sayəsində Ağcabədi Mərkəzi Xəstəxanasında camaat məmnuniyyəti yerinə gəlibБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər