Maliyyə mütəxəssisi Nizami Həsənov - Ləyaqətli və şərəfli ömür yolu

Maliyyə mütəxəssisi Nizami Həsənov - Ləyaqətli və şərəfli ömür yolu










Hər bir insanın həyat yolunu onun mənəvi dünyası, xarakteri müəyyən edir. Bəşər övladının mahiyyəti, mənəvi keyfiyyətləri həqiqətən də onun əməllərində, fəaliyyətində real təcəssümünü tapır. Dərk edilmiş məsuliyyətdən irəli gələn bu fəaliyyət həm də şəxsiyyət ucalığına qovuşmuş bu insanların cəmiyyətdəki layiqli mövqeyini, ictimai statusunu müəyyənləşdirir. Yəqin elə buna görədir ki, xeyirxah və alicənab insan kimi tanınaraq ömrün kamillik zirvəsinə yetişmək, bu dünyada iz qoymaq xoşbəxtliyi heç də hamıya nəsib olmur. Yaxşıya yaxşı demək vicdan borcudur. İstər vəzifə sahibi olsun, istərsədə sıravi, sadə vətəndaş. Mən bu gün bu iki vəhtədi özündə birləşdirən bir azərbaycanlıdan söhbət açacam. O azərbaycanlı ki, ömrünü sadiqliyə və zəhmətə kökləyib, işində yorulmaz rəhbərdir. Bu şəxs kimidir? Bu şəxs Xaçmaz Rayon Maliyyə Şöbəsinin müdiri Nizami Həsənovdur. Bu insanı hər kəs tanıyır. Hər kəs onuda bilir ki, Nizami Həsənov qədər məsuliyyətli və diqqətçildir ki, vəzifəsi ağır və məsuliyyətli olmağına baxmayaraq, əlindən gələni əsirgəmir.

Zəngin turizm potensialı olan rayonumuzda son illər kifayət qədər müasir turizm–istirahət obyektləri istifadəyə verilmişdir. Rayonumuzun dəniz sahili zonasında müasir turizm infrastrukturunun yaradılması üçün dövlət səviyyəsində, xarici şirkətlərin iştirakı ilə artıq yeni layihələrin hazırlanmasına başlanmışdır. Bu layihələrin yaxın dövrdə gerçəkləşməsi bölgəmizin iqtisadi və mədəni həyatında böyük bir yüksəlişə səbəb olacaqdır.

Xaçmaz abadlaşır, gözəlləşir. Rayonda çox böyük dəyişikliklər vardır. Gözəl binalar tikilir, köhnə binalar bərpa edilir, parklar salınır.

Dövlət büdcəsindən ayrılan və yerli mənbələrdən daxilolmalardan formalaşan maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə edilməsi həyata keçirilən maliyyə siyasətinin dürüstlüyündən əhəmiyyətli dərəcədə asılıdır. Maliyyə mütəxəssisi Nizami müəllimin rəhbərlik etdiyi Xaçmaz rayon Maliyyə İdarəsi bu vəzifənin öhdəsindən layiqincə gəlir. İdarənin kollektivi vəsaitlərin Vahid Büdcə Təsnifatına uyğun təyinatı üzrə istifadə edilməsinin, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlərə yönəldilməməsinin, debitor borcların vaxtında bağlanılmasının, «Dövlət Satınalmaları haqqında» Qanunun tələblərinə riayət edilməsinin təmin olunması üçün gərəkən bütün işləri görürlər. Habelə, uçotdan kənarda qalmış əsas vəsaitlərin və mal-materialların, iş və xidmətlərin uçota alınması üçün tədbirlər həyata keçirilir. İdarə tərəfindən görülən tədbirlər hesabına xeyli miqdarda səmərəsiz xərcin qarşısı alınmış, dövlət vəsaitlərinin qanunvericiliyin tələblərinə uyğun istifadəsi və ya müvafiq qaydada uçota götürülməsi təmin edilmişdir. Aparılan nəzarət tədbirləri zamanı idarənin mütəxəssisləri yoxlanılan müəssisə və təşkilatlara konstruktiv təklif və tövsiyələr təqdim edirlər.

Rayon Maliyyə Şöbəsinin müdiri Nizami Həsənov dövlətin maliyyə siyasətinin Xaçmazda uğurla həyata keçirilməsinə nəzarət funksiyasını layiqincə yerinə yetirmiş, israfçılığa yol verilməməsi, maliyyə intizamına riayət edilməsi üçün gərəkən tədbirləri görmüş, dövlət vəsaitlərinin təyinatı üzrə və səmərəli xərclənməsi üçün yerli idarə, müəssisə və təşkilatlarda maarifləndirmə işləri aparmış, müəssisə rəhbərlərini və mühasibləri təlimatlandırmışdır.

İnanırıq ki, cari ildə qarşıya qoyulan vəzifələrin öhdəsindən bacarıqla gələcək, ölkəmizin inkişafına öz layiqli töhfə veriləcək.

Xaçmazlılar Nizami Həsənovun Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı işlədiyi bu qısa müddətdə gördüyü belə böyük işlərdən çox razıdırlar. Hətta Xaçmazlıların tanınmış ziyaliları, ağsaqqalları da bütün görülən bu uğurlu işlərə böyük nikbinliklə, fəxarətlə baxırlar.
Deməli, biz artıq qətiyyətlə deyə bilərik ki, Xaçmaz özünün ikinci intibahına başlayıb və adı yenidən dünyanın ən inkişaf etmiş rayonları siyahısına düşəcək. İnanırıq ki, o gün uzaqda deyil.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər