Əli Əliyev cənab Əhməd Əhmədzadənin tapşırıqlarını şərəflə yerinə yetirir

Əli Əliyev cənab Əhməd Əhmədzadənin tapşırıqlarını şərəflə yerinə yetirir













Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağcabədi rayon suvarma sistemləri idarəsinin rəisi Əli Əliyevdir.

Ağcabədi rayon suvarma sistemləri idarəsinin rəisi Əli Əliyev vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən insandır.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Ağcabədi rayon suvarma sistemləri idarəsinin rəisi Əli Əliyevin məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Əli Əliyevi nüfuzdan salmağa çalışırlar.

Məlumdur ki, Ağcabədi rayon suvarma sistemləri idarəsinin rəisi Əli Əliyevin barədə son vaxtlar şantaj xarakterli məlumatlar yayan şəxslərin əslində başqa niyyəti var. Çünki, onun barəsində qərəzli yazıların hamısında təkcə Əli Əliyev deyil, həm də "Azərbaycan digər rayon Suvarma Sistemləri İdarəsinin rəisləridə hədəf seçilib. Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların niyyəti məlum olub. Həmin saytlar ifşa olunub və yazılar saytlardan silinib. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən Əli Əliyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Əli Əliyevin dövlətçiliyə sədaqətlə xidmət göstərməsi və həyata keçirdiyi düzgün iş prinsipi kimlərəsə sərf etmir. Onun vəzifədən getməsini arzu edən, yəni buna görə də hörmətli Əli müəllim barədə yalan məlumatlar yayan insanların niyyəti baş tutmayacaq. Hazırda öz vəzifəsini uğurla davam etdirən və Ağcabədi rayonda Suvarma Sistemlərinin inkişafı ilə bağlı cənab Prezidentimiz İlham Əliyevin və cənab Əhməd Əhmədzadənin tapşırıqlarını şərəflə yerinə yetirən Suvarma rəisi Ağcabədi rayon Suvarma Sistemləri İdarəsində işlərin yüksək səviyyədə qurulmasına nail olub.

P.S. Bakuxeber.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Ağcabədi rayon suvarma sistemləri idarəsinin rəisi Əli Əliyevin bizim müdafiəmizə ehtiyacı yoxdur.
Əli Əliyev cənab Əhməd Əhmədzadənin tapşırıqlarını şərəflə yerinə yetirirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər