Malik İsaqov niyə uğurlu seçimdir? – TƏHLİL

Malik İsaqov niyə uğurlu seçimdir? – TƏHLİL













Seçimi doğruldan arqumentasiya

Məlum olduğu kimi, şəhər və rayon icra hakimiyyətlərinin başçılarını təyin etmək dövlət başçısının sərəncamında olan məsələdir. Prezident İlham Əliyevin kadr siyasətinin təhlili göstərir ki, heç bir seçim arqumentsiz deyil, bütün siyasi kurs, aparılan islahatlar olduğu kimi, bu dəyişikliklər də elmi və praktik bazaya, ciddi arqumentlərə əsaslanır.
Bəs gəlin görək Malik İsaqovun Qubadlı rayonuna təyin olunması hansı səbəblərdən təsadüfi deyil və nəyə görə qubadlıları qane edir?

Birincisi, Malik İsaqov Qubadlı üçün yeni kadr deyil, o Qubadlını tanıyan, regionun və region əhalisinin problemləri ilə tanış olan şəxsdir. Bu səbəbdən də o, idarə və strukturlarının rəhbərlərini tanımaq üçün aylarla vaxt itirməyib. Bu, o deməkdir ki, yolun yarısı qət olunub – birbaşa həllini gözləyən məsələlərin üstünə getmək, qubadlıları narahat edən problemləri həll etmək daha az vaxt alacaq.

İkincisi, Malik İsaqov işləyən, qurub-yaradan kadr kimi tanınır. Bu mənada onun digər vəzifələrdə gördüyü işləri, xatirlatmaq bəs edər.

Üçüncüsü, Başçı yerli əhalinin tanıdığı və hörmət etdiyi adamdır. Sumqayıt əhalisinin böyük kəsiminin Qarabağ bölgəsindən xüsusilə Qubadlı rayonundan olan əhali olduğunu unutmaq olmaz. Malik İsaqov ötən illərdə bu əhalinin simpatiyasını qazana bilib. Bu isə başçıya yerli əhali ilə iki ampuluada dialoq qurmağa imkan verəcək: icra başçısı və “yaxşı insan” olan Malik İsaqov. Belə fonda işləmək, yerli problemləri həll etmək, regionun potensialını realizə etmək, beləliklə də dövlət başçısının təyinat zamanı qarşıya qoyduğu problemləri daha çevik həll etmək mümkündür.
Görünür, kadr seçimində bütün bu detallar dəyərləndirilib.

Qubadlılar nə gözləyir?

Ancaq başçını “özününkü” hesab edənlərin ondan gözləntiləri də, təbii ki, çox olacaq. Qubadlılar Malik İsaqovdan öz sələfləri ilə müqayisədə daha çox şey istəyirlər.
Qubadlı rayon sakinləri arasında apardığımız sorğu zamanı respondentlərimizin cavablarında da iki faktor ön plana çıxırdı:

•Qubadlıdır, Qubadlını tanıyır, problemləri yaxşı bilir, əhaliyə daha çox can yandırır

•Yerli əhalinin xarakterik xüsusiyyətlərini bilir, dil tapmaq daha rahat olub Malik müəllim üçün.


Göründüyü kimi, başçıdan gözləntilər də az deyil. Xeyli görüləsi iş var – ancaq dediyimiz kimi, bu işləri görmək üçün münasib adam seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində ötən müddət ərzində görülmüş işlərin təhlili və statistik məlumatlar onu göstərir ki, nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi istiqamətində uğurlu nəticələr əldə olunmuşdur. Qazanılan uğurlar Qubadlı sakinlər arasında xoş ovqat yaratmışdır.

Bu gün görülən irihəcmli işlər hər kəsin diqqətini cəlb etməklə böyük razılıqla qarşılanır.

Bütün bu sadalananlar bir reallığı ortaya qoyur ki, dövlətimizin həyata keçirdiyi siyasətin əsasında ölkəmizin hərtərəfli inkişafı, ən əsası vətəndaş amili dayanır.


Malik İsaqov niyə uğurlu seçimdir? – TƏHLİL

Malik İsaqov niyə uğurlu seçimdir? – TƏHLİL

Malik İsaqov niyə uğurlu seçimdir? – TƏHLİL
Malik İsaqov niyə uğurlu seçimdir? – TƏHLİL
Malik İsaqov niyə uğurlu seçimdir? – TƏHLİLБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər