Əhməd Muxtarov: Hacıqabul sürətlə abadlaşır, yeni simasına qovuşur

Əhməd Muxtarov: Hacıqabul  sürətlə abadlaşır, yeni simasına qovuşur





Seçimi doğruldan arqumentasiya

Məlum olduğu kimi, şəhər və rayon icra hakimiyyətlərinin başçılarını təyin etmək dövlət başçısının sərəncamında olan məsələdir. Prezident İlham Əliyevin kadr siyasətinin təhlili göstərir ki, heç bir seçim arqumentsiz deyil, bütün siyasi kurs, aparılan islahatlar olduğu kimi, bu dəyişikliklər də elmi və praktik bazaya, ciddi arqumentlərə əsaslanır.
Bəs gəlin görək Əhməd Muxtarovun Hacıqabul rayonuna təyin olunması hansı səbəblərdən təsadüfi deyil və nəyə görə hacıqabullıları qane edir?

Birincisi, Əhməd Muxtarov Hacıqabul üçün yeni kadr deyil, o Hacıqabul rayonunu tanıyan, regionun və region əhalisinin problemləri ilə tanış olan şəxsdir. Bu səbəbdən də o, idarə və strukturlarının rəhbərlərini tanımaq üçün aylarla vaxt itirməyib. Bu, o deməkdir ki, yolun yarısı qət olunub – birbaşa həllini gözləyən məsələlərin üstünə getmək, Hacıqabullıları narahat edən problemləri həll etmək daha az vaxt alacaq.

İkincisi, Əhməd Muxtarov işləyən, qurub-yaradan kadr kimi tanınır. Bu mənada onun digər vəzifələrdə gördüyü işləri, xatirlatmaq bəs edər.

Üçüncüsü, Başçı yerli əhalinin tanıdığı və hörmət etdiyi adamdır. Əhməd Muxtarov ötən illərdə bu əhalinin simpatiyasını qazana bilib. Bu isə başçıya yerli əhali ilə iki ampuluada dialoq qurmağa imkan verəcək: icra başçısı və “yaxşı insan” olan Əhməd Muxtarov. Belə fonda işləmək, yerli problemləri həll etmək, regionun potensialını realizə etmək, beləliklə də dövlət başçısının təyinat zamanı qarşıya qoyduğu problemləri daha çevik həll etmək mümkündür.
Görünür, kadr seçimində bütün bu detallar dəyərləndirilib.


•Yevlaxdandır amma Hacıqabul rayonunu yaxşı tanıyır, problemləri yaxşı bilir, əhaliyə daha çox can yandırır

•Yerli əhalinin xarakterik xüsusiyyətlərini bilir, dil tapmaq daha rahat olub Əhməd müəllim üçün.


Tarixin qeyri-adi, yazılmamış qanunauyğunluqları var. Bəzən yaşanan uzun bir dövr heç nə ilə yadda qalmır, yalnız rəqəmlərin mövcudluğunu daşıyır. Lakin elə günlər olur ki, zamana diktə etməyə qadir olur. O yerin, o məkanın tərcümeyi-halına şərəf, ucalıq, ləyaqət timsalı kimi daxil olur. İnsanların yaddaşına əbədi həkk olunur.

Bütün bu möhtəşəm tikili və abidələr Hacıqabulun tarixini zənginləşdirir, bu gününü möhtəşəm edir, sabahına Etibarlı təminat yaradır. Ölkə başçısının səfərindən sonra biri-birinin ardınca həyata keçirilən layihələr son illərdə Hacıqabulu demək olar ki, tamamilə dəyişdi. Hacıqabul rayon İcra hakimiyyətinin başçısı cənab Əhməd Muxtarovun dediyi kimi, Hacıqabulun yüksəlişini, rayonun gələcək müqəddəratını Prezident İlham Əliyevin qəbul etdiyi sərəncamlar, verdiyi tapşırıqlar müəyyən və təmin etmiş oldu.

Bu müasir rayonun sakinləri hər zaman dövlət başçısının səmimi münasibətini, qayğısını duyur və yüksək qiymətləndirir. Hacıqabulun, yaşayış məntəqələrinin abadlaşdırılması, əhalinin kommunal xidmətlərə olan ehtiyaclarının yüksək səviyyədə ödənilməsi, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının, memarlıq abidələrinin bərpası və yenidən qurulması, sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrinin yaradılması, sakinlərin məşğulluğunun təmin edilməsi, şəhər infrastrukturunun müasirləşdirilməsi və digər sahələrdə mühüm tədbirlər həyata keçirilib.

Hacıqabul sürətlə abadlaşır, yeni simasına qovuşur. Bütün bunlar dövlət başçısının Hacıqabula olan tükənməz qayğısının nəticəsidir.

Qeyd edək ki, Hacıqabul rayonundakı mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait yerli sahibkarlar tərəfindən rayon iqtisadiyyatına yatırılan sərmayənin çoxalmasına, xarici sərmayəçilərin isə Hacıqabula marağının artmasına səbəb olmuşdur.

Prezident İlham Əliyevin diqqət və qayğısı, tövsiyələri sayəsində Hacıqabul vaxtilə malik olduğu şöhrətini qaytarıb. Hacıqabul bu gün Azərbaycanın ən gözəl ünvanlarından biri olmaqla qloballaşan dünyamıza inamla qovuşan şəhər görkəmi alıb.

Hacıqabul möhtəşəm quruculuğu və inkişafı, elmi-potensialı, iştirak etdiyi çox möhtəbər yarışlarda qazandığı qələbələri, ev sahibliyi etdi mühüm beynəlxalq tədbirləri ilə dünya səviyyəli şəhərə çevrildiyini isbat edə bilib.



Əhməd Muxtarov: Hacıqabul  sürətlə abadlaşır, yeni simasına qovuşur
Əhməd Muxtarov: Hacıqabul  sürətlə abadlaşır, yeni simasına qovuşur
Əhməd Muxtarov: Hacıqabul  sürətlə abadlaşır, yeni simasına qovuşur
Əhməd Muxtarov: Hacıqabul  sürətlə abadlaşır, yeni simasına qovuşur
Əhməd Muxtarov: Hacıqabul  sürətlə abadlaşır, yeni simasına qovuşur
Əhməd Muxtarov: Hacıqabul  sürətlə abadlaşır, yeni simasına qovuşur
Əhməd Muxtarov: Hacıqabul  sürətlə abadlaşır, yeni simasına qovuşur
Əhməd Muxtarov: Hacıqabul  sürətlə abadlaşır, yeni simasına qovuşur
Əhməd Muxtarov: Hacıqabul  sürətlə abadlaşır, yeni simasına qovuşurБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər