Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova üstünə düşən vəzifəni məsuliyyətlə yerinə

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova üstünə düşən vəzifəni məsuliyyətlə yerinə







Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir.

Səhiyyə sektorunda davamlı və kompleks islahatların həyata keçirilməsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev hələ illər öncə hakimiyyətə gələrkən səhiyyə bölməsində uzunmüddətli dinamik inkişafa səbəb olan islahatların dərin təməllərini yaradıb. Ulu öndər hakimiyyətinin bütün mərhələlərində səhiyyə sisteminin inkişafına xüsusi diqqət və qayğı göstərib. Bunun nəticəsində Azərbaycan səhiyyəsi bütün xidmət növlərinin keyfiyyət göstəricilərinə görə bu gün bir çox respublikalardan irəlidə dayanıb.

***

Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova - Neft kəşfiyyatçılarının birləşmiş xəstəxanası 1956-cı ildə yaradılıb. Çox tezliklə, bu şəfa ocağı bütövlükdə Azərbaycan neft sənayesi işçilərinin sağlamlığının qorunması sahəsində başlıca mərkəzə çevrildi. Bir necə il sonra burada yeni korpuslar tikildi, klinika keyfiyyətli tibbi xidmət göstərilməsinə imkan verən bütün zəruri avadanlıqla təmin edildi.
Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanası (MNX) inkişaf edərək, Avropanın istənilən müasir klinikası ilə rəqabət aparacaq bir səviyyəyə yüksəlib. Mübahisəsiz demək olar ki, bu gün xəstəxanamız istər müalicə-diaqnostika avadanlığı ilə təminat, istərsə də tibbi kadrların hazırlıq səviyyəsi və peşəkarlığı baxımından ən müasir klinikalardan biridir.
Xəstəxanada baş verən kardinal struktur dəyişiklikləri bütün şöbələri əhatə edib. Belə ki, bu gün Xəstəxanada müasir dünya klinikaları üçün xarakterik olan bütün şöbələr - Konsultativ Poliklinika, Təcili tibbi yardım xidməti, Ürək və damar xəstəlikləri şöbəsi, Cərrahiyyə və orqan, transplantasiyası şöbəsi, Urologiya şöbəsi, Ginekoloji şöbə, Doğum şöbəsi, Otorinolarinqoloji şöbə, Oftalmoloji şöbə, Terapiya şöbəsi, Sənaye təbabəti xidməti, Fizioterapiya və tibbi bərpa şöbəsi, Hemodializ şöbəsi, Əməliyyat bloku, Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsi
Xəstəxana xidmətləri, tibbi sığorta, standartlaşdırma və marketinq şöbəsi, Şüa diaqnostika şöbəsi, Laboratoriya, Qan köçürmə şöbəsi fəaliyyət göstərir.

Xüsusilə qeyd etmək lazımdır ki, xəstəxananın elmi potensialı ildən-ilə yüksəlir, ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənmiyən yüksək ixtisaslı mütəxəssislərimiz peşəkarcasına işin öhdəsindən gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər.
Bizim əsas məqsədimiz xəstəxananın və tibbi personalın imkanlarından geniş istifadə edərək müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmətləri göstərmək və xəstəxana nəzdində illərlə yaranmış tibb məktəbini inkişaf etdirməkdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər