Qüdrət Qurbanov, vəzifəsinin icrasına başladığı gündən ARDDA sahəsində köklü islahatlar aparılmasına səy göstərir

Qüdrət Qurbanov, vəzifəsinin icrasına başladığı gündən ARDDA sahəsində köklü islahatlar aparılmasına səy göstərir







Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Qüdrət Qurbanov fəaliyyətinə ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Mətbuatdan anlayışı olmayan və şər-böhtanla məşğul olan insanlar düşünmürlər ki, bir şəxs barədə fakta əsaslanmadan yalan və şantaj xarakterli xəbər yazmaq şərəfsizlikdir? Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanovun məmur nüfuzuna xələl gətirməyə çalışan, şəxsi həyatına müdaxilə edən və fakta əsaslanmadan şantaj xarakterli məlumatlar yazan bu saytların çirkin əməlləri niyə ifşa edilmir? Araşdırma zamanı məlum olub ki, həmin saytlar bəzi vəzifəli adamların sifarişi ilə tənqidi yazılar hazırlayaraq Qüdrət Qurbanovu nüfuzdan salmağa çalışırlar.

Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Qüdrət Qurbanovu şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

Azərbaycan Dövlət Dəniz Administrasiyasının uğurlarında Qüdrət Qurbanovun xüsusi payı var

Dövlətimizin başçısı cənab İlham Əliyevin aprel 2006-cı il Sərəncamı ilə Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəhbəri təyin edilən Qüdrət Qurbanov qarşısına çıxan bütün çətinlikləri mərdliklə dəf edərək ümidləri doğrultdu.

On illik gərgin əmək bu gün artıq öz bəhrəsini verməkdədir və Azərbaycan Dövlət Dəniz Administrasiyası qazandığı uğurlar sayəsində respublikamızın ən qabaqcıl idarə və müəssisələri sırasında birincilər cərgəsindədir.
Dənizçilik sahəsində köklü islahatlar aparan, böyük bir kollektivə bacarıqla rəhbərlik edən Qüdrət Qurbanov daim yenilik axtarışında olmuş, qabaqcıl ölkələrin dəniz nəqliyyatı sahəsində təcrübəsini öyrənərək bu təcrübənin ölkəmizdə tətbiqinə xüsusi diqqət yetirmişdir.

Yüksək savadı, geniş dünyagörüşü, intellektual səviyyəsi, güclü təşkilatçılıq bacarığı Qüdrət Qurbanovu rəhbərlik etdiyi kollektivə də sevdirə bilmişdir. Ştat cədvəli 48 nəfərdən ibarət olan Azərbaycan Dövlət Dəniz Administrasiyasında elə bir işçi tapmazsan ki, Qüdrət müəllimin sadəliyindən, təvazökarlığından, qayğıkeşliyindən ağızdolusu danışmasın.

Bütün bu keyfiyyətləri və daim yeniliyə can atması Qüdrət Qurbanovun adının yuxarı dairələrdə də hörmətlə çəkilməsinə səbəb olmuşdur.

Dəniz Administrasiyasının başlıca vəzifələri Azərbaycanın dəniz siyasətinin həyata keçirilməsi, ölkənin təsdiq etdiyi beynəlxalq Konvensiyaların, qətnamələrin və Beynəlxalq Dəniz Təşkilatının digər qərarlarının yerinə yetirilməsi, həmçinin həmin konvensiyaların tələblərinin beynəlxalq və ölkədaxili səviyyədə icrası ilə bağlı məsələlərin nizama salınmasıdır.

Bu sahədə işlər daim görülür. Uğurlarınıza biz də ürəkdən sevinirik Qüdrət müəllim.


Qüdrət Qurbanov, vəzifəsinin icrasına başladığı gündən ARDDA sahəsində köklü islahatlar aparılmasına səy göstərir
Qüdrət Qurbanov, vəzifəsinin icrasına başladığı gündən ARDDA sahəsində köklü islahatlar aparılmasına səy göstərir
Qüdrət Qurbanov, vəzifəsinin icrasına başladığı gündən ARDDA sahəsində köklü islahatlar aparılmasına səy göstərir
Qüdrət Qurbanov, vəzifəsinin icrasına başladığı gündən ARDDA sahəsində köklü islahatlar aparılmasına səy göstərir
Qüdrət Qurbanov, vəzifəsinin icrasına başladığı gündən ARDDA sahəsində köklü islahatlar aparılmasına səy göstərir
Qüdrət Qurbanov, vəzifəsinin icrasına başladığı gündən ARDDA sahəsində köklü islahatlar aparılmasına səy göstərirБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər