Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov və nümayəndə heyəti Seula səfərində

Dövlət Dəniz Administrasiyasının  rəhbəri Qüdrət Qurbanov  və nümayəndə heyəti Seula səfərində











Azərbaycan Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətinin 15 mart 2016-cı il tarixindən Koreyanın Seul şəhərinə səfəri başlayıb

Bu barədə Bakuxeber.info-ya Dövlət Dəniz Administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Martın18-dək davam edəcək səfər çərçivəsində Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyinin və dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən bir sıra təşkilatların rəsmiləri ilə görüşlərin keçirilməsi, görüşlər zamanı qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri və qeyd edilən sahə ilə bağlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində, həmçinin “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun və “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsi və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya”ya əsasən sertifikatların (diplomların) tanınması haqqında Anlaşma Memorandumu”nun imzalanması nəzərdə tutulur.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər