Xeyriyyəşi iş adamı Sahil Nağıyev

Xeyriyyəşi iş adamı Sahil Nağıyev


Bu gün Azərbaycanda yüksək nüfuza malik şəxsiyyət, dövlətçiliyimizin inkişafında müstəsna xidmətləri olan xeyriyyəçi iş adamı “SR Group”un prezidenti Sahil Nağıyevdən bəhs edəcəyik.

Hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də “SR Group”un prezidenti Sahil Nağıyevdir.

Xeyriyyəşi iş adamı Sahil Nağıyev


Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan “SR Group”un prezidenti Sahil Nağıyev Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Sahil Nağıyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

“SR Group”un prezidenti Sahil Nağıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Sahil Nağıyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Sahil Nağıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “SR Group”un prezidenti Sahil Nağıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Sahil Nağıyev layihələr təchizatında Azərbaycan sahibkarlığının lideridir. Sahibkarlıqda Azərbaycanda ləyaqətli iş görən insanlardan biridir. Sahil Nağıyev Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini həmişə dəstəkləmişdir. 44 günlük ədalət-haqq savaşında “SR Group”un prezidenti Sahil Nağıyev xalq-ordu, xalq-ordu birliyinə dəstək olaraq hərbiçilərimizə maddi və mənəvi dəstəyini göstərmişdir. Sahil Nağıyevin həmişə şəhid ailələrinə, müharibə veteranlarının övladlarına, kimsəsiz və maddi imkanı aşağı olan ailələrə təmənnasız dərs və məktəb ləvazimatları ilə təmin etmişdir.

2001
Autostar Kaukasus GmbH olaraq Mercedes-Benz markasının ölkədə rəsmi distribütoru kimi fəaliyyətə başladıq və fərqli model sırası ilə dərhal avtomobil həvəskarlarının böyük rəğbətini qazandıq.

2005-2010
Arçelik brendinin rəsmi nümayəndəsi kimi Ultratek MMC fəaliyyətə başladı.

Sağlam Diş klinikasının Bakıxanov filialı istifadəyə verildi.

2011-2016
Sağlam Diş klinikasının Qarayev filialı istifadəyə verildi.

Sağlam Diş klinikasının hazırda Hüseyn Cavid prospektində fəaliyyət göstərən Babək filialı istifadəyə verildi.

SR Chemicals fəaliyyətə başlayaraq ölkədə məişət kimyası sahəsində müştərilərə keyfiyyətli məhsullar təqdim etməyə başladı.

2017
Teras Park layihəsinin təməli qoyuldu.

Azərbaycan və Gürcüstan ölkələrinin birgə layihəsi olan Aztech-Tegata Motors şirkətinin fəaliyyətinə başladıq.

Texnomart mağazalarının sayı 15-ə çatdı.

2019
Skaz Autohouse MMC kimi Şkoda brendinin rəsmi nümyandəsi olaraq fəaliyyətə başladıq.

Sağlam Diş klinikasının Tbilisi prospektindəki filialı istifadəyə verildi.

Texnomart mağazalarının sayı bölgələrdə 22, ölkə üzrə isə ümumi 31 oldu.

2020
Azərbaycan Avtomobil Evi MMC kimi Çinin Changan brendini Azərbaycanda təmsil etməyə başladıq.

Texnomart mağazalarının sayı 36-ya çatdı, texnomart.az online satış saytı istifadəyə verildi.

Əhmədli Park layihəsinin təməli qoyuldu.

Dəyərlərimiz

Biz sosial məsuliyyəti dərk edərək davamlı inkişafa, innovasiyaya və etibarlılıq prinsipinə inanaraq müxtəlif sahələr üzrə fəaliyyət göstərən şirkətlər qrupuyuq. Bizim dəyərlərimiz bizim iş prinsipimizin əsas meyarlarını təşkil edir.

DAVAMLI İNKİŞAF
İnkişaf etmək bugünkü həyatımızın reallığıdır. SR Group olaraq biz, bu məsuliyyəti dərk edirik və birlikdə inkişaf üçün çalışırıq.

İNNOVATİV HƏLLƏR
Biz innovasiyanın günümüzün tələbi olduğunu başa düşürük və bütün markalarımızla innovativ həll yolları təklif etmək üçün çalışırıq.

ETİBARLI ÜNSİYYƏT
Etibar qazanmaq bəzən illər tələb edir.
Həm müştərilərimizin, həm partnyorlarımızın, həm də özümüzün etibarını qazanmaq üçün daim yorulmadan çalışırıq.

SOSİAL MƏSULİYYƏT
Sosial məsuliyyətli şirkət olmaq vahid bir ekosistemə uyğunlaşmaq və ona müsbət töhfə verməkdir. Biz fəaliyyət göstərdiyimiz bütün sahələrdə insanların həyatına müsbət toxunuşlar etmək üçün çalışırıq.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər