Biz öz haqq işimiz uğrunda mübarizə apardıq və qalib gəldik

Biz öz haqq işimiz uğrunda mübarizə apardıq və qalib gəldik


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Abşeron Regional Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Sübhi Bayramov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Abşeron Regional Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Sübhi Bayramovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Sübhi Bayramov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Abşeron Regional Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Abşeron Regional Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Sübhi Bayramov bu işin müqəddəsliyini qoruyub saxlayır. Sübhi Bayramov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sübhi Bayramov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Sübhi Bayramov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Sübhi Bayramov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Sübhi Bayramovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Sübhi Bayramov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Sübhi Bayramov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Sübhi Bayramov özünü doğruldub. Bizdə hörmətli Sübhi Bayramovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

Abşeron Regional Qaz İstismar İdarəsinin rəisi Sübhi Bayramov - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev bu ilin Novruz tonqalını Xankəndişəhərinin baş meydanında qalayaraq Azərbaycan xalqını bu gözəl bayram münasibətilə təbirk etdi. Dördüncü dəfədir ki, Qarabağda bayram tonqalı qalayan cənab Prezident arzuladığımız bu günü bizə bəxş etməklə əsil bayram hədiyyəsi vermiş oldu. Novruzun gəlişini Qarabağda qeyd edən ölkə başçısı Xankəndi şəhərinin mərkəzi meydanının “Zəfər meydanı” adlandırılmasını müjdələyərək bildirdi ki, qədim Xankəndi bizlərə Qarabağ xanı Pənahəli xanın yadigarıdır. Bizim xan babalarımızın saldığı bu şəhər 30 ildən artıq erməni separatistlərinin əlində olsa da bu gün azaddır. Müzəffər Ordumuz birgünlük antiterror əməliyyatı keçirməklə doğma şəhərimizi işğaldan azad elədi. Bu gün isə bütün Qarabağda, Şərqi Zəngəzurda bərpa işləri görülməklə bərabər, Xankəndidə separtizmin qalıqları ləğv edilir, şəhər öz tarixi simasına qaytarılır. Separatizm yuvası olan “parlament binası” artıq yoxdur. Şuşada da eyni vəziyyətdir. Separatçıların “parlament biması” adlandırdıqları qondarma tikilinin yerində indi beşulduz otel ucalır. Builki bayram tonqalı isə separatizmin son tör-töküntülərini birdəfəlik tarixin zibilliyinə ataraq yandırmış oldu.

Cənab Prezident yerli sakinlər qarşısında çıxış edərək bildirdi ki, biz öz haqq işimiz uğrunda mübarizə apardıq və qalib gəldik. Bu qələbəni bizə qazandıran şəhidlərimizə Allahdan rəhmət diləyən ölkə başçısı dedi: “Biz iyirmi il torpaqlarımızın azad olunmasına hazırlaşmışdıq. Bir çox istiqamətlər üzrə planlı şəkildə işlər gedirdi. Siyasi müstəvidə dünyada Azərbaycanın mövqeləri möhkəmləndi, dostlarımızın sayı böyük dərəcədə artmışdır. Beynəlxalq təşkilatlar bizim təşəbbüsümüzlə münaqişə ilə bağlı bizim mövqeyimizi dəstəkləyən və beynəlxalq hüquqa əsaslanan qərar və qətnamələr qəbul etmişlər və bu münaqişənin həlli üçün hüquqi və siyasi zəmin yaratmışdır. Biz iqtisadi inkişafa nail olduq, iqtisadi müstəqilliyə nail olduq və bu gün heç kimdən iqtisadi cəhətdən və təbii ki, siyasi cəhətdən asılı deyilik. Güclü iqtisadiyyat bizə imkan verdi ki, siyasi müstəvidə öz siyasətimizi müstəqil şəkildə aparaq. Bu gün Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, onun siyasəti tamamilə müstəqildir, ancaq və ancaq Azərbaycan xalqının maraqlarına, iradəsinə əsaslanır.”
Biz öz haqq işimiz uğrunda mübarizə apardıq və qalib gəldik


Bəli, ulu öndər Heydər Əliyev siyasi kursuna sadiqlik yolunda zəfərlə addımlayan Prezident İlham Əliyev bu gün ölkəmizin müstəqillik rəmzinə çevrilib və onun həyata keçirdiyi siyasət Azərbaycan xalqını qalib xalqa çevirmişdir.

Cənab Prezident bayram təbrikini belə yekunalşdırmışdır: “Əziz həmvətənlər, buradan xalqa təbriklərimizi çatdırmaq böyük xoşbəxtlikdir. Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq. Biz hamımız fəxr edirik ki, biz özümüz ədaləti bərpa etdik, torpaqlarımızı işğalçılardan azad etdik, öz gücümüzü göstərdik və bundan sonra hər kəs bizimlə hesablaşmalıdır, əks təqdirdə, özü peşman olacaq.”

Azərbaycanın incisi olan Qarabağda bayram tonalları əbədi olaraq yanacaq və xalqımızın qalibiyyət rəmzi olacaqdır.
Biz öz haqq işimiz uğrunda mübarizə apardıq və qalib gəldik
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər