Ramil Yusifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Ramil Yusifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - "Azərişıq" ASC sədrinin müavini Ramil Yusifov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan "Azərişıq" ASC sədrinin müavini Ramil Yusifov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Ramil Yusifov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

"Azərişıq" ASC sədrinin müavini Ramil Yusifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Ramil Yusifovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Ramil Yusifov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Azərişıq" ASC sədrinin müavini Ramil Yusifova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

"Azərişiq” ASC Füzuliyə köçürülən sakinləri işlə təmin edir

Ramil Yusifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Düşmən işğalından azad edilən torpaqlarımızda sürətlə davam edən yenidənqurma işlərinin nəticəsidir ki, 30 ildən sonra doğma sakinlər Zəngilanda, Laçında, Füzulidə yaşayır. Cənab prezident İlham Əliyevin tapşırıqlarına əsasən aparılan işlər çərçivəsində “Azərişıq” ASC də üzərinə düşən vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirir.

Dövlət başçısının iştirakı ilə rəsmi açılışı olan Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzi vasitəsi ilə rayon ərazisində lazımı bütün obyektləri elektrik enerjisi ilə təmin etmək mümkündür. Füzuli Rəqəmsal Yarımstansiyası və İdarəetmə Mərkəzində daha çox yerli sakinlər çalışır. “Azərişıq” ASC Füzuliyə köç edən sakinləri işlə təmin edir, artıq bir neçə sahə üzrə işlə təmin edilənlər var.

Məqsədimiz odur ki, xoş gələcəyi qarşıda olan tarixi torpağımız Qarabağın yenidən qurulmasında, qayıdan sakinlərin firəvan yaşamasında "Azərişıq" olaraq bizim də payımız olsun.

Elektrik təsərrüfatının yenilənməsi yeni güc mərkəzlərinin inşası istiqamətində işlər bu gün də davam etdirilir.



“Azərişıq” ASC Laçında yenidənqurma işlərini davam etdirir
Ramil Yusifov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Tarixi torpaqlarımızın işğaldan azad olunmasından sonra yenidən qurulmasında “Azərişıq” ASC üzərinə düşən vəzifəni böyük həvəs və məsuliyyətlə yerinə yetirir. Cənab Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən aparılan yenidənqurma işləri çərçivəsində digər rayonlarımız kimi Laçında da böyük ölçüdə işlər görülüb. Hazırda Cağazur, Qorçu və Qaragöl istiqamətində elektrik şəbəkələri yenilənir.

Ümumilikdə görülən digər işlərlə yanaşı Laçın şəhəri daxilində yeraltı xətlərin çəkilişi davam edir. Eyni zamanda Şəlvə, Qaragöl, Zağazur və Minkənd istiqamətinə çəkilən 35 kv-luq hava xətti də tamamlanmaq üzrədir.

Qeyd edək ki, “Azərişıq” ASC elektrik təsərrüfatının yenidən qrurulması ilə bağlı işləri ölkənin bütün regionlarında paralel olaraq davam etdirir.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər