Vüsal İsmayılov: Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edən qalib Lider!

Vüsal İsmayılov: Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edən qalib Lider!


Protez Ortopedik Bərpa Mərkəzinin direktor müavini Vüsal İsmayılov - Cənab İlham Əliyev bütün vədlərini yerinə yetirərək xalqın sevgisini, etimadını, rəgbətini qazanıb və söz verdiyi kimi, hər bir azərbaycanlının Prezidenti olmağı bacarıb. Qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir. Çünki bu seçki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Bu seçkini digərlərdən fərqləndirən, əlamətdar edən məhz bu amildir. Ulu Öndərin layiqli varisi, ən yaxın silahdaşının andiçmə zamanı xalqa verdiyi vədlərin hamısı tək-tək reallığa çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin president seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bu tarixi hadisə, oktyabrın 15-i 20 illin gərgin, məqsədyönlü fəaliyyətin zəfər təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planının – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin birdəfəlik puç olması demək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ənənəvi olaraq yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran, beynəlxalq ictimaiyyətə ünvanlanmış vacib mesajlar verilib. Ölkəmizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nəaliyyətlər, icra olunan layihələr barəsində əhatəli məlumat verdi. Eyni zamanda qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətlər də ölkə ictimaiyyətinə açıqlandı. Cənab Prezident müsahibəsidə sözsüz ki, həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar ünvanladı.
Vüsal İsmayılov: Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edən qalib Lider!

Mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış addımlar atılır. Bu mənada Prezident İlham Əliyevin qətiyyəti və liderliyi vacib amil kimi mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident müsahibə zamanı jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlər, növbədənkənar Prezident seçkiləri, Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər vacib məsələlərlə dair suallarını tam əhatəli və dolğun bir şəkildə yüksək səviyyədə cavablandırıb. Ölkəmizin başçısı Prezident seçkiləri ilə əlaqədar olaraq, ilk dəfə suveren ərazilərimizdə keçiriləcək seçkilərin əhəmiyyətinə toxunub. Dövlət başçısının vurğuladığı kimi “Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır”. Azərbaycan öz suverenliyini tam bərpa edib və bu baxımdan seçkilər bir dövrə yekun vuran mühüm bir proses olacaq.
Vüsal İsmayılov: Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edən qalib Lider!

Azərbaycanın 30 il işğal altında qalmış ərazilərini azad etməsi və suverenliyini tam bərpa etməsi, burada yaradılan infrastruktur, salınan müasir yaşayış məntəqələri möhtəşəm hadisədir. Məhz bu kontekstdən fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkiləri Azərbaycan üçün yeni bir dövrün başlanğıcı olacağı şübhəsizdir. Eyni zamanda dövlətimizin başçısının müsahibəsində xüsusilə vurğuladığı məqamlardan biri də Azərbaycanla Ermənistan arasında sülh, sərhədlərin delimitasiya və demarkasiya məsələsi ilə bağlı idi. Cənab Prezident bildirib ki, hələ də işğal altında olan səkkiz kənd daim gündəlikdədir. Ölkə başçısı vurğuladı ki, bu məsələ ətrafında davamlı olaraq müzakirələr aparılır. Həmçinin delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələnin olduğu qeyd edilib. Azərbaycan torpaqlarının XX əsrdə hissə-hissə Ermənistana verilməsi faktını önə çəkən ölkə başçısı 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb”. Bununla bağlı danılmaz, inkarolunmaz faktlar, xəritələr mövcuddur. Çünki tarixi torpaqlarımız 1920-ci il xəritələrində Zəngəzur Azərbaycan ərazisi olduğunu öz əksini tapıb. Azərbaycandan Ermənistana keçmiş sovet dövründə sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında olunub. Amma həmin vaxta qədər Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən 86,6 min kvadratkilometrə qədər düşmüş oldu. Tarix sübut edib ki, Azərbaycandan Ermənistana torpaq hədiyyə verilməsinə məhz Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra son qoyulub.

Cənab Prezidentin vermiş olduğu bu mesajlar sözsüz ki. vətəndaşın dövlət inamına, xalq-dövlət birliyinə, həmrəyliyinin sarsılmazlığına əsaslanır. Bu gün Azərbaycan öz tarixinin yeni dövrünü yaşayır. Təbii ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü ildən başlanılıb. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Məhz bu kontekstdə bugünkü Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır. Bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Təbii ki, bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Ölkəmizin suverenliyini tam bərpa edilib. Bu mənada sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Ölkə başçısının da vurğuladığı kimi “Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.”
Vüsal İsmayılov: Qarabağ və Şərqi Zəngəzuru işğaldan azad edən qalib Lider!

Azərbaycan özünün bildiyi doğru yolda qətiyyətlə addımlayır. Artıq “Böyük Qayıdış dövlət proqramının icrası uğurla icra olunur. Ölkəmizin başçısı da Laçın, Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sürətlə dirçəldiyini bura artıq ilk sakinlərin qayıtdığını bildirib. Həmçinin 2024-cü il ərzində Qarabağda və Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısının davam etdiriləcəyi vurğulanıb. Nəticədə bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də öz keçmiş sakinlərini qarşılayacağını bəyan edən cənab Prezident bunun Azərbaycan xalqına verilmiş çox böyük bir müjdə olduğunu da qeyd edib.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər