Vüsal İsmayılov: Əlilliyi olan hər bir vətəndaşın üz tutduğu xeyirxah ünvan

Vüsal İsmayılov: Əlilliyi olan hər bir vətəndaşın üz tutduğu xeyirxah ünvan


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Protez Ortopedik Bərpa Mərkəzinin direktor müavini Vüsal İsmayılovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Protez Ortopedik Bərpa Mərkəzinin direktor müavini Vüsal İsmayılovdur.

Protez Ortopedik Bərpa Mərkəzinin direktor müavini Vüsal İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Vüsal İsmayılovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Vüsal İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.
Vüsal İsmayılov: Əlilliyi olan hər bir vətəndaşın üz tutduğu xeyirxah ünvan

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Protez Ortopedik Bərpa Mərkəzinin direktor müavini Vüsal İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Protez Ortopedik Bərpa Mərkəzinin direktor müavini Vüsal İsmayılov - Bu gün modern texnologiyadan insanların həyat keyfiyyətlərini yaxşılaşdırmaq üçün geniş istifadə olunur. Hal-hazırda dünyada texnologiyanın, eləcə də robotlaşdırma istehsalında nəzərəçarpacaq dərəcədə aktiv inkişaf izlənilir. Lakin bu inkişafın fonunda dünyada insanlar arasında müxtəlif səbəblərdən və fərqli zamanlarda travma alanların sayında heç də azalma müşahidə olunmur. Statistikaya görə, insanların təxminən 12% -i bədən quruluşunda pozğunluqlara malikdirlər və bu da təbii ki, gündəlik həyatda insan funksionallığını azaldır. Lakin modern tibbin və texnologiyanın son inkişafı burada köməyə çatır. İtirilmiş və ya zədələnmiş bədən hissələrinin süni əvəzedicilərlə, yəni protezlərlə əvəzlənməsi əlilliyi olan şəxslərin normal həyata qayıtmasına kömək edir .

Azərbaycanda fəaliyyət göstərən Protez-Ortopedik Bərpa Mərkəzi əlilliyi olan şəxslərə protez-ortopedik bərpa xidməti göstərən istehsalat müəssisəsidir.
Vüsal İsmayılov: Əlilliyi olan hər bir vətəndaşın üz tutduğu xeyirxah ünvan

Müəssisə protez-ortopedik məhsulların (protez, ortez, korset, ortopedik ayaqqabı) və digər reabilitasiya məmulatlarının istehsalı, xəstə və əlillərin xəstəliklərinin diaqnostikası və stasionar müalicəsi istiqamətində fəaliyyət göstərməkdədir və burada əlilliyi olan şəxslər bütün sadalananlardan tam təmənnasız şəkildə istifadə edirlər. Protez ortopedik istehsalat və bərpa mərkəzində texniki heyət tərəfindən kəsilmiş bədən ətrafının qəlibi hazırlanır. Qəlib tam hazır olduqdan sonra onun üzərinə bədənə keçiriləcək gilza hissəsi düzəldilir. Həmin hissənin birbaşa bədənə təması olmasın deyə yeni texnologiyanın nailiyyətlərindən olan xüsusi silikonlardan istifadə olunur.

Bütün sadalanan sınaq işlərindən sonra artıq tam olaraq protezin hazırlanması prosesinə keçilir. Protezin pəncə hissəsi isə Almaniyanın “Ottobock” şirkətinin istehsalı olan avadanlıqla hazırlanır. Xatırladaq ki, protez və ortezlərin hazırlanması sexində ən son avadanlıqlarla protezlərin hazırlanması prosesində 22 nəfərlik işçi kollektivi çalışır. K.Pirizadə bildirdi ki, protezlər ölçülər götürülən gündən qanunvericiliyə əsasən 15 iş günü müddətində hazırlanmalıdır. Lakin mütəxəssislər illərdir ki, bu sahədə peşəkarlaşdıqlarına görə işlər tez yekunlaşır və ən qısa müddətdə pasiyentlər protezlərlə təmin edilib ayağa qaldırılırlar.

Mərkəzin biomexanikləri sırf protezlə gəzməyi, addımlamağı, ondan necə istifadə etməyi öyrədirlər: “ Bu, gəzmək məktəbi adlanır. Qeyd edim ki, biomexanika dünyada yeni yaradılmış peşələrdəndir. Azərbaycanda da bu sahədə artıq mütəxəssislər yetişir”.


Vüsal İsmayılov: Əlilliyi olan hər bir vətəndaşın üz tutduğu xeyirxah ünvanБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər