Məmməd Əliyev: Xalqın etimadını doğruldan Prezident

Məmməd Əliyev: Xalqın etimadını doğruldan Prezident


Ağdam rayon dövlət notariat ofisinin xüsusi notariusu Məmməd Əliyev - “Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, cəmiyyətin avanqard qüvvəsi olan Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin dekabrın 15-də keçirilən genişləndirilmiş iclasında cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürüldü. Partiya yekdilliklə bu mühüm qərarı təsdiqlədi. Bu qərar, eyni zamanda, xalqın istəyinin ifadəsidir. Qeyd edək ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 7 fevral 2024-cü il tarixdə ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Azərbaycanın keçdiyi inkişaf yolunun uğurlarına baxış və gələcəyə yönələn hədəfləri özündə birləşdirən bu addım xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin edilməsi növbədənkənar prezident seçkilərini şərtləndirən əsas amillərdən biridir. Azərbaycan hazırda seçki dövrünü yaşayır. Cənab İlham Əliyevin Prezidentliyə namizədliyi harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıda böyük qürur hissi yaradır. Qalib ölkənin qalib Liderinin namizədliyi Onun fəaliyyətinin ayrı-ayrı mərhələlərinin geniş təhlilini bir tələb kimi qarşıya qoyur. Cənab İlham Əliyev son 20 ildə Azərbaycanın çoxəsrlik tarixini zəfər səhfələri ilə daha da zənginləşdirdi.”
Məmməd Əliyev: Xalqın etimadını doğruldan Prezident

Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantıdır: “Cənab İlham Əliyev keçmiş ənənələr üzərində müasir ölkəmizin yeni reallıqlarını yaradıb, güclü və müstəqil Azərbaycan naminə çalışır. Bununla da xalqın yüksək etimadını və sonsuz məhəbbətini qazanaraq liderlik keyfiyyətləri ilə Azərbaycan vətəndaşlarının qəlbində özünə əbədi yer qazanıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun yazdığı Zəfər tarixi keçilən yolun və uğurlarımızın aydın mənzərəsidir. Bu Qələbə bir daha göstərdi ki, milli maraqları hər şeydən uca tutan Liderin ətrafında sıx birləşmiş xalq bütün dünyaya öz sözünü deməyə, beynəlxalq münasibətlərdə formalaşmış stereotipləri sındırmağa və düşməni diz çökdürərək tarixi ədaləti bərpa etməyə qadirdir.”

Prezident İlham Əliyevin qurduğu müasir Azərbaycanı belə xarakterizə edə bilərik: “Cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir. Dövlətimizin başçısı müasirlik ənənələrinin dərin köklərinin olduğu və modern Azərbaycanın da məhz bu bünövrə üzərində qurulduğu dövlətin Prezidentidir. Cənab İlham Əliyev, həmçinin müasir, demokratik, ali qanunvericilik və çox güclü sosial siyasətə malik, iqtisadi cəhətdən inkişaf etmiş və regionda güclü mövqeləri olan ölkənin Prezidentidir. O, 30 il dünyadan ədalət gözləyən Qarabağ münaqişəsini həll edərək, soydaşlarımızın torpaq həsrətinə son qoyaraq adını tarixə qalib Prezident kimi yazdıran dövlət xadimi, yenilməz Sərkərdədir. Xalqımız hər zaman bu tarixi Zəfəri bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Ordumuza minnətdardır. Tarix yazan qəhrəmanlarımızın-şəhidlərimizin ruhu qarşıında baş əyir, qazilərə şəfa diləyir.”

Xalqımız 7 fevral 2024-cü il növbədənkənar prezident seçkilərinə tamamilə fərqli ovqatda qatılacaq: “Əbəs yerə bu seçkilər Zəfər seçkiləri adlandırılmır. Xalqımız müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisini əhatə edəcək seçkilərə qatılaraq Azərbaycanın möhtəşəm gələcəyinə dəstək verəcək. Bu gün Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir. Soydaşlarımızın doğma yurd-yuvalarına qayıtdıqları ünvanların sayı artır. Növbəti ünvan Xankəndidir. Bu qürurverici məqamı da xüsusi qeyd etmək istərdik ki, Xankəndidə də yeni seçki məntəqəsi yaradılacaq. Mərkəzi Seçki Komissiyasının keçirilən iclasında hər birimiz üçün qürurverici olan bu rəqəm də açıqlandı ki, azad edilən ərazilərimizi əhatə edən 9 seçki dairəsində 26 seçki məntəqəsinin yaradılması planlaşdırılır.”
Məmməd Əliyev: Xalqın etimadını doğruldan Prezident

Cənab İlham Əliyevin Prezidentliyə namizədliyi xalqımızda bu əminliyə əsas verir ki, qarşıdakı illərdə ölkəmizi daha möhtəşəm uğurlar gözləyir: “Çünki xalqımızın seçimi artıq məlumdur. Qalib ölkənin qalib Prezidenti ilə qürur duyan xalqımız həyata keçirilən siyasətin alternativinin olmadığını bildirir. Bu fikir beynəlxalq səviyyədə Azərbaycanla bağlı rəylərdə də xüsusi olaraq vurğulanır. O da qeyd edilir ki, xalqın Prezidentinə inamının və etimadının böyük olduğu ölkədə heç bir narazılıqdan söhbət gedə bilməz. Xalq-iqtidar birliyi sarsılmazdır. Ölkəmizdə inkişafın, tərəqqinin əsasında bu birlik, həmrəylik dayanır. Xalqımız 7 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkilərində fəal iştirakı ilə artıq müəyyənləşdirdiyi seçimini təsdiqləyəcək.”
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər