Elşad Quliyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlara SON

Elşad Quliyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlara SON


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Bəzi internet saytlarında Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, Elşad Quliyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.
Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

Bütün bu gülünc hücumlarda, qərəzli yazılarda “kənar əl”, “şeytan barmağı”, “xüsusi maraq” dərhal hiss olunur. Diqqət yetirdikdə yazılanların lətifə, qurama, şişirdilmiş olduğu tamamilə aydın olur. Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Bakuxeber.info olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev haqqında iftira və böhtanlarla bağlı məsələ tam araşdırılmış və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Tarixin dərslərindən ibrət götürənlər, insanlığa xidmət edənlər isə yanılmırlar, həyatlarına yeni bir məna verirlər, xoşbəxt ömür yaşayırlar. Keçmişini unudanlar, nəslinin-kökünün tarixindən, əzab- əziyyətindən, keçdiyi yoldan xəbərsiz olanlar isə yanılırlar, büdrəyib yıxılır, yarı yolda qalırlar. Ulu Öndər Heydər Əliyev həmişə xalqına öz tarixini öyrənməyi, sevməyi, təbliğ etməyi, hörmətlə yanaşmağı tövsiyə edirdi. O, tarixin ən müdrik müəllim olduğunu xatırlatmaqla bərabər, həm də vurğulayırdı: “Tarix həmişə hər şeyi öz yerinə qoyur”.

Unudulmaz rəhbərimiz bu sözləri xatırladarkən, əlbəttə ki, uzun illər Azərbaycan xalqının başına gətirilən müsibətləri, haqqımızın tapdalanmasını, hüquqlarımızın pozulmasını nəzərdə tuturdu. O həm də böyük ümid və inamla bildirirdi ki, gec-tez haqq-ədalət qalib gələcək, tarix hər şeyi öz yerinə qoyacaq və xalqımız suverenliyini tam bərpa edəcəkdir. Ümummilli Liderimizin uzaqgörənliklə söylədiyi fikirlər, ümid və inamı artıq həqiqətə çevrilib. Artıq Azərbaycan suverenliyini tam bərpa edib, düşmən bütün ərazilərimizdən çıxarılıb.

Prezident, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasi gedişləri və cəsarəti, ordumuzun qüdrəti, yenilməzliyi, xalqımızın birliyi və qəhrəmanlığı sayəsində işğalçı, separatçı qüvvələr məhv edilib. Xalqımızın qəhrəmanlıq tarixinə yeni və heç zaman unudulmayan qızıl səhifə - qürur, əzəmət, ölməz amal və ləyaqət səhifəsi yazılıb. Bu 200 ildə itirilən torpaqlarımızın yenidən qaytarılması, nisgilli qəlblərin, həsrət baxışların sevincə qovuşması, şəhidlərin ruhunun sevinməsi, qazilərin yaralarının sağalması, ata-baba yurdlarının bükülmüş bellərinin dikəlməsi, ayağa qalxması deməkdir.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında hazırda işğaldan azad olunmuş ərazilərdə möhtəşəm tikinti, bərpa-quruculuq işləri görülür, çox mühüm layihələr, proqramlar, tədbirlər həyata keçirilir. Bu günə kimi ərazilərin bərpasına 12 milyard manatdan çox vəsait sərf edilib. Çəkilən yollar, salınan körpülər, tunellər, istifadəyə verilən beynəlxalq əhəmiyyətli hava limanları, tikilən yaşayış binaları, məktəblər, xəstəxanalar, uşaq bağçaları, mədəniyyət ocaqları, açılan iş yerləri, quraşdırılan elektrik stansiyaları işğaldan azad olunan ərazilərin xoşbəxt gələcəyindən, insanların firavan həyatından xəbər verir. Artıq Füzuli, Zəngilan, Laçın rayonlarının sakinləri öz doğma yurd-yuvalarına qayıdırlar. Bu il Şuşa, Ağdam, Kəlbəcərdən olan insanlarda doğma torpaqlara köç edəcəklər.

Tarixi Zəfər məhz öz gücünə və qüdrətinə, xalqına arxalanan, ordusuna güvənən, qətiyyətlə, səbir və təmkinlə irəliləyən Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində qazanılmışdır. Dövlətimizin başçısı çıxışlarında, bəyanatlarında daha böyük uğurların anonsunu verir, dünyanı sülhə, əmin-amanlığa, dostluğa səsləyir və Azərbaycanın sürətli inkişafına əmin olduğunu bildirir. Bu əminliyin, inamın səbəbləri məlumdur. Çünki hazırda Azərbaycan dünyanın iqtisadi cəhətdən inkişaf edən və beynəlxalq aləmdə böyük nüfuz sahibi olan dövlətlərdən biridir. Cənab İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 20 ildə Azərbaycan sosial-iqtisadi, siyasi sahələrdə böyük nəticələrə nail olmuşdur.

İqtisadiyyatımızın inkişafında aqrar sektorun, turizmin və nəqliyyatın əhəmiyyətli payı vardır. Aqrar sahədə həyata keçirilən mühüm tədbirlər, vergi yükünün azaldılması, güzəştli maliyyə vəsaitlərinin ayrılması, subsidiyaların verilməsi, sahibkarlığın inkişafına dəstək, əkinçilik mədəniyyətinin yüksəlməsi istehsalda yaxşı nəticələr vermişdir. Hazırda kənd təsərrüfatının mühüm sahələrində ildən-ilə artımlar müşahidə olunmaqdadır. Yeni texnologiyaların tətbiq olunması, qabaqcıl təcrübələrə istinad edilməsi, kadrların təkmilləşdirilməsi və əkinçilik mədəniyyətinin yüksəldilməsi öz faydasını verməkdədir.

İşğaldan azad olunmuş ərazilər böyük kənd təsərrüfatı potensialına malikdir və bu istiqamətdə əsaslı tədbirlər görülməkdədir. Ötən il həmin ərazilərdə 100 min hektara yaxın sahədə kənd təsərrüfatı məhsulları əkilib-becərilmişdir. Sahələr minalardan təmizləndikdən, insan həyatının təhlükəsizliyi hərtərəfli təmin olunduqdan sonra həmin ərazilərdə bol pambıq, taxıl, üzüm, barama, meyvə məhsulu əldə etmək, heyvandarlığı inkişaf etdirmək mümkün olacaqdır.

İqtisadiyyatı inkişaf etdirmək, müdafiə və təhlükəsizlik sistemini möhkəmləndirmək, ölkə əhalisinin rifah halını yaxşılaşdırmaq, beynəlxalq aləmlə əlaqələri genişləndirmək, regionda sülh və əmin-amanlığı təmin etmək, etibarlı dostlar və tərəfdaşlar qazanmaq Azərbaycan Prezidentinin qarşıya qoyduğu əsas vəzifələrdəndir.

Azərbaycan bu gün dünyaya açılan bir qapıdır. Bu qapıdan dost kimi keçənlər üzüağ, xəyanətə əl atanlar, ölkəmizin imicinə kölgə salanlar isə başıqapazlıdırlar. Prezident sözünə sadiqdir və bunu əməli fəaliyyəti ilə sübut edir. O, Qarabağ Zəfəri, erməni separatçılarının kökünü ərazilərimizdən kəsməklə adını xalqımızın tarixinə əbədi həkk etdirib və Azərbaycan tarixində əbədi ömür qazanıb. Məhz Azərbaycanın dünyaya açıldığı və beynəlxalq aləmdə nüfuz qazanıb söz sahibi olduğu bir vaxtda cənab İlham Əliyev Prezident seçkilərinə gedir. “Sözümüz imzamızdır!” kəlamını örnək hesab edən və sözünün əsl sahibi olan Prezidentimizin 20 illik fəaliyyəti, xalqının xoşbəxtliyi, Vətəninin azadlığı, ölkənin inkişafı sahəsində həyata keçirdiyi tədbirlər göstərir ki, cənab İlham Əliyev bu illər ərzində mükəmməl bir dövlət başçısı nümunəsinə çevrilib.
Elşad Quliyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlara SON

Xalq öz rəhbərini sevir, dəstəkləyir və qiymətləndirir. Çünki dövlət başçısı daim öz xalqı ilə birlikdədir, bütün vətəndaşlarına qayğı göstərir, dəstək verir, arzularını, istəklərini həqiqətə qovuşdurur. Azərbaycanı qarşıda çox mühüm seçki kampaniyası gözləyir. 7 fevral Prezident seçkiləri ilk dəfə bütün ölkə ərazisində keçiriləcək. Seçkilərin keçirilməsi beynəlxalq normalara və dünya ölkələrinin təcrübəsinə uyğundur. Əvvəlki seçkilərdən fərqli olaraq hazırda işğaldan azad olunmuş ərazilərdə seçki dairələri və məntəqələri yaradılmışdır.

Seçkidə cənab İlham Əliyevin qalib olacağı şübhəsizdir. Çünki cənab İlham Əliyev əsir torpaqlarımızın, el-obalarımızın xilaskarı, niskilli ana-bacılarımızın ümidi, inamı, hər bir vətəndaşın dayağıdır. Bunu hər bir insan görür, duyur və öz taleyində hiss edir.

Prezident məhz xalqın ona bəslənilən ümidlərinin, sonsuz məhəbbətinin daha aydın, firavan həyata, inkişafa nur saçan arzularının ifadəsidir. Bu, yeni bir tarixin başlanğıcı, Heydər Əliyev ideyalarından güc alan və cənab İlham Əliyev tərəfindən aydınlığa, xoşbəxtliyə, sülh və əmin-amanlığa istiqamətlənən yoldur. Yolumuz uğurlu olsun!
Elşad Quliyev haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlara SON
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər