Tariyel İsmayılov: Bank Respublika müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur

Tariyel İsmayılov: Bank Respublika müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur


Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik.

Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu ALLAHIN qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Tariyel İsmayılov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

Tariyel İsmayılov Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Tariyel İsmayılovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Tariyel İsmayılov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Tariyel İsmayılov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Tariyel İsmayılov özünü doğruldub. Bizdə hörmətli Tariyel İsmayılovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.

“Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov - Bank Respublika öz fəaliyyətini 22 may 1992-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyətə başlayıb və bu illər ərzində Azərbaycanın mühüm banklarından birinə çevirilib.

Bankın missiyası:

Biz Azərbaycan bank sektorunun mühüm iştirakçısıyiq və ölkənin maliyyə sabitliyinin dəstəklənilməsini prioritet hesab edirik.
Biz Azərbaycan vətəndaşlarına onların maliyyə imkanlarını reallaşdırmaqda köməklik göstəririk.
Biz Azərbaycan şirkətlərinə cəmiyyətimiz üçün dəyərli olmaq istiqamətində yardım edirik.
Müştəri və əməkdaşlarımız Bankın ən dəyərli kapitalıdır.


Bankın strateji hədəfləri:

“Bank Respublika” ASC-nın əsas strateji hədəfləri Kiçik və Orta biznes həmçinin, Mikro kreditləşmə sahələrində lider bank olaraq, riteyl bankçılıq sahəsində ilk 5 bank sırasında öz mövqeyini qoruyub saxlamaqdır.

Bankın əsas vəzifələri
Bank Respublika müştərilərlə əlaqələrini onlara maksimal dərəcədə faydalı olmaq prinsipi əsasında qurur. Bu həm Bankın sloqanında – “Sizə faydalı”, həm də fəaliyyətində və konkret xidmətlərində öz əksini tapır. Bankın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin daimi olaraq artırmaq, göstərilən xidmətləri genişləndirmək və şərtlərini yaxşılaşdırmaqdır.

Bankın müştəriləri
Bankın müştəriləri sırasında sənaye, telekommunikasiya, nəqliyyat, tikinti, kənd təsərrüfatı, ticarət və xidmət sahəsində fəaliyyət göstərən çoxlu şirkətlər və təşkilatlar mövcuddur. Bankın xidmətlərindən eləcə də on minlərlə fərdi müştərilər istifadə edir.
Bank Respublika müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif proqramların həyata keçirilməsidir. Ümumilikdə bu proqramlar üzrə Bank Respublika üçün 200 mln. ABŞ dollarından çox məbləğdə kredit xətləri ayrılmışdır və bu daha sərfəli şərtlərlə uzunmüddətli biznes kreditləri vermək və ticarətin maliyyələşdirilməsi üzrə xidmətləri göstərmək üçün Bankın imkanlarını genişləndirmişdir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər