“Ovçular ət və ət məhsulları” keyfiyyəti yüksəltməklə müştərilərin qəlbini ovlayır - ÖZƏL

“Ovçular ət və ət məhsulları” keyfiyyəti yüksəltməklə müştərilərin qəlbini ovlayır - ÖZƏL


insan çalışdığı sahənin mahiyyətini dərindən anladıqda və məsləkinə sadiq qaldıqda harada işləməsindən asılı olmayaraq əldə etdiyi nəticələr uğur ünvanlı olur. “Ovçular ət və ət məhsulları” MMC-nin təsisçisi Səməd Cəfərovun həyat yoluna nəzər saldıqda fikrimizdə nə qədər doğru olduğumuzu bir daha anladıq. İstənilən bir məqsədə çatmaq üçün kifayət qədər iradə sahibi olmaq lazımdır. İradə elə bir keyfiyyətdir ki, o istedaddan da güclüdür. İstedad insana təbii şəkildə verilən qabiliyyətdirsə, iradə xırda maraqlar, mənasız istəklər üzərində qələbədir. məhz öz iradəsi sayəsində öz yolunu tapdı, iradəsi sayəsində öz işlərini hər zaman tərifəlayiq gördü. Adətən rəhbər vəzifələrdə işləyənlərlə bağlı "Yaxşı adam" ifadəsi çox az işlədilir. Bəs niyə ona yaxşı adam deyirlər? Harada, hansı vəzifədə işləyibsə onu bu adla çağırıblar. Başqa bir adla çağırmaq olmazdımı? Əlbəttə olardı. Ancaq xalq seçim edəndə yanılmır. Səməd Cəfərov heç bir təqdimatsız, heç bir mübaliğəsiz və nəhayət heç bir tapşırıqsız özü üçün əməllərinə, şəxsiyyətinə, qabiliyyətinə yaraşan bir ad qazanıb və bu adı zaman-zaman qoruyub saxlayır. Xalqın rəğbətini qazanmaq, təmiz adı qoruyub saxlamaq o qədər də asan deyil.

Azərbaycanda qida təhlükəsizliyi hər zaman aktualdır. İstehlakçılar hansı qida firmalarının məhsullarına etibar edib-etməməkdə tərəddüdlə qərar verirlər.

Xüsusən də kolbasa-sosiska sektorunda qeyri-müəyyənlik var və istehlakçılar hansı şirkətin məhsullarına güvənəcəklərinə əmin ola bilmirlər.

Ancaq bu sahədə araşdırmalarımız, ayrı-ayrı kolbasa şirkətləri haqda yazılarımız bir sıra məqamlara aydınlıq gətirib.

Onlardan biri də “Ovçular ət və ət məhsulları” MMC müəssisəsinin istehsal etdiyi kolbasaların keyfiyyəti barədə məlumatlardır.

Adıçəkilən istehsalat müəssisəsi Avropanın qabaqcıl Almaniya, Polşa kimi ölkələrinin müasir avadanlıqlarından istifadə edir.

Firma ildən-ilə istehsalatda keyfiyyəti yüksəldir və bunun nəticəsidir ki, nüfuzlu “Uğur” mükafatına layiq görülüb.

Ötən il isə “Ovçular ət və ət məhsulları” MMC-nin istehsal sahələrində yenidənqurma işləri aparılıb.

Bu da müxtəlif çeşidli “Ovçular” kolbasalarının keyfiyyətində böyük yeniliklərə, dəyişikliklərə səbəb olub.

Bakının bir neçə marketində apardığımız sorğu zamanı da həm alıcılar, həm satıcılar “Ovçular”ın servalatlarına üstünlük verildiyini söylədilər.

Satıcıların sözlərinə görə, kolbasa vitrinində “Ovçular”a aid sosiska və kolbasalar qalmır, çünki alıcılıq qabiliyyəti yüksəkdir.

Ona görə də hər ayın sonunda mağazalar şirkətə məhsullarını sifariş verirlər ki, vitrində boşluq yaranmasın.

Bir neçə gün əvvəl isə saytımızda kolbasa firmaları haqda yazılarımızın birində “Ovçular” MMC barədə müxtəlif iddialar yer almışdı.

Əsasən internet resursları və bir neçə saytda əvvəllər yayılmış xəbərlər əsasında hazırlanmış məqalədə şirkətin məhsullarının keyfiyyətinin aşağı olduğu, kolbasada istifadə edilən ət məhsullarının yararsız olduğu bildirilmişdi.

Amma bu iddiaların kökündən yanlış, dəqiqləşdirilməmiş, ətraflı araşdırılmamış yayımlandığı məlum olub.

Şirkətin istehsal etdiyi məhsullar arasında halal, hisə verilmiş, pəhriz üçün nəzərdə tutulmuş müxtəlif çeşidli kolbasaların keyfiyyətinə təminat verilir.

Ona görə də saytımızda gedən həmin məqalədə “Ovçular” MMC barədə əsaslandırılmamış, səhv və həqiqətdən uzaq iddialar qeyd olunub.

1992-ci ildən fəaliyyətə başlayan, kolbasa emalı sahəsində ixtisaslaşmış, yüksək ixtisaslı mütəxəssislərə yiyələnən “Ovçular” MMC müasir şirkətə çevrilib.

Bildirək ki, müəssisə halal qida sertifikatlarına malikdir. Hazırda şirkət bişmiş, bişmiş hisə verilmiş, yarım hisə verilmiş məhsullarının keyfiyyətinə təminat verərək alıcıların önünə çıxır.

Ekoloji cəhətdən təhlükəsiz məhsullar istehsal edən “Ovçular” MMC keyfiyyəti diqqət mərkəzində saxlayır və 2021-ci ildə keyfiyyəti daha da yüksəldib.

Belə desək, “Ovçular ət və ət məhsulları” keyfiyyəti yüksəltməklə müştərilərin qəlbini ovlayır.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər