"Qax mineral Su-İlham" firmasının sahibi İlham Muxtarov Şərəfli ömür yolu və Layiqli iş - ÖZƏL

"Qax mineral Su-İlham" firmasının sahibi İlham Muxtarov Şərəfli ömür yolu və Layiqli iş - ÖZƏL


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi "Qax mineral Su-İlham" firmasının sahibi İlham Muxtarovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

"Qax mineral Su-İlham" firmasının sahibi İlham Muxtarov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən İlham Muxtarov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "Qax mineral Su-İlham" firmasının sahibi İlham Muxtarova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, "Qax mineral Su-İlham" firmasının sahibi İlham Muxtarovdur.

"Qax Mineral Su-İlham" Firması 1987-ci ildә tәsis edilmişdir.

İstehsal etdiyi mәhsullar:
Mineral su
Mәhsulların sertifikatlaşdırılması:
Müәssisә gigiyenik sertifikat vә Standartlaşdırma, Metrologiya vә Patent üzrә Dövlәt
Komitәsindәn uyğunluq sertifikatı almışdır.
Müәssisәnin avadanlıqları:
“Qax Mineral Su-İlham" Firmasında istehsal prosesi Rusiya, Türkiyә vә Çin istehsalı
olan avadanlıqlar vasitәsilә hәyata keçirilir.
Müәssisәdә çalışan işçilәrin sayı:
"Qax Mineral Su-İlham" Firmasında 25 işçi çalışır.


İlham Muxtarov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Bu gün də rəhbərliyin sadiq vəzifə sahiblərindən biridir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə İlham Muxtarovu heç vaxt əqidəsindən döndərə bilməz.

İlham Muxtarov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

İlham Muxtarov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

İlham Muxtarov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən İlham Muxtarovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

İlham Muxtarov insanlara maksimum diqqət və qayğıyla yanaşır onların dövlətimizə inamını artırır!

İlham Muxtarov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun "Qax mineral Su-İlham" firmasının sahibi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

İlham Muxtarov özünü doğruldub. Bizdə hörmətli İlham Muxtarovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər