Şahin Mövsümov: Bizim məqsədimiz tikinti sektorunda müştərilərin tələbatına uyğun müxtəlif çeşiddə məhsulları keyfiyyəti aşağı salmadan, daha endirimli qiymətlə təmin etməkdi

Şahin Mövsümov: Bizim məqsədimiz tikinti sektorunda müştərilərin tələbatına uyğun müxtəlif çeşiddə məhsulları  keyfiyyəti aşağı salmadan, daha endirimli qiymətlə təmin etməkdi


“AS Group Investment” Şirkətlər qrupunun təsisçisi Şahin Mövsümov - Dövlətimizin uğurlu idarəetmə prinsiplərinin nəticəsi olaraq bu gün Azərbaycan istər iqtisadi, istər siyasi, istərsə də hərbi baxımdan dünyanın inkişaf edən ölkələri sırasındadır. Düşünürəm ki, hər bir Azərbaycan vətəndaşı, hər bir yerli şirkət ölkəmizin bu uğurlu inkişaf yoluna öz töhfəsini verməlidir.

2020-ci il sentyabrın 27-də cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyilə dövlətimizin Qarabağın azadlığı uğrunda başladığı Vətən Müharibəsinin ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnməsi də Azərbaycanın inkişafı üçün yeni bir dövr açmış oldu. Artıq Azərbaycan daha iri və daha inamlı addımlarla yalnız yüksələn xətt üzrə addımlamaq yolundadır.
Biz də “AS Group Investment” ailəsi olaraq fəaliyyət göstərdiyimiz hər bir istiqamət üzrə ilk olaraq dövlətçilik prinsiplərimizə sədaqətimizi, ölkəmizin işıqlı və firavan gələcəyinə qatqı verə bilmək məqsədlərimizi əsas götürürük.
“AS Group Investment” MMC Azərbaycanda tikinti, daşınmaz əmlak, istehsalat, nəqliyyat və daşımaçılıq, kənd təsərrüfatı sahələrini inkişaf etdirmək və bu sahələrə yeniliklər gətirmək məqsədi ilə yaradılmışdır.
Şirkət olaraq istehlakçılarımızın gələcək ehtiyaclarını qarşılamaq üçün insan kapitalına və texnologiyaya etdiyimiz investisiyalar uğurumuzun əsas sirridir. Bu gün ölkəmizdə bacarıqlı və perspektivli kadrlar formalaşıb. Bu amilin özünü ölkə iqtisadiyyatında bir çox sahələrin inkişafını təşviq edən faktor kimi qiymətləndirmək olar.
Ölkədə neft gəlirlərinin digər qeyri-neft sektoru sahələrinin inkişafına verdiyi təkan hiss olunur. Bu həm də daxili istehsalın artması vә bazar hәcminin arzuolunan sәviyyәyә çatması deməkdir. Şirkət olaraq biz ölkə və qloballaşan dünyanın tərkib hissəsi kimi əhatə dairəmizi genişləndirməkdə maraqlıyıq.
Hədəfimiz etibarlı dünya markası olmaqla bərabər, xarici bazarlara çıxış imkanlarımızı genişləndirmək, Avropa, Asiya və Ərəb ölkələrindən Azərbaycana ciddi investisiyalar cəlb etməkdir.
“AS Group Investment” MMC şirkəti olaraq inkişafımız üçün cəlb etdiyimiz potensial kadrlarla birlikdə hədəflərimizə yönəlmiş fəaliyyətimizi uğurla davam etdiririk.

***********

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi “AS Group Investment” Şirkətlər qrupunun təsisçisi Şahin Mövsümovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

“AS Group Investment” Şirkətlər qrupunun təsisçisi Şahin Mövsümov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Şahin Mövsümov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “AS Group Investment” Şirkətlər qrupunun təsisçisi Şahin Mövsümova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “AS Group Investment” Şirkətlər qrupunun təsisçisi Şahin Mövsümovdur.

-Bizim hədəfimiz təkcə müştərilərimizi keyfiyyətli məhsullarla təmin etmək deyil, həmçinin ekoloji cəhətdən təmiz və müasir texnologiyalara uyğun sifarişləri icra etməkdir.

-Bizim məqsədimiz tikinti sektorunda müştərilərin tələbatına uyğun müxtəlif çeşiddə məhsulları keyfiyyəti aşağı salmadan, daha endirimli qiymətlə təmin etməkdir.

-Bizim arzumuz müştərilərimizin müraciətlərini maksimal tez zamanda, günün istənilən vaxtı, operativ və sürətlə, tələb edilən yerə çatdırmaqdır.

-Biz inşaat biznesimizin inkişafında və həyata keçirdiyimiz işlərin keyfiyyətinə müştərilərimizin verdiyi yüksək qiymətin qazanılmasında davamlı uğurların hesabına həm Azərbaycanın, həm də dünyanın tikinti bazarında rəqabət üstünlüyü əldə edəcək və özümüzü dəyərli tərəfdaş olaraq təsdiq edəcəyik. Işlərimizdə rəhbər tutduğumuz başlıca məqam istehlakçılarımızın tələblərinin ödənilməsi öhdəliyinə bağlı qalmaq, eləcə də Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq normalara əməl etməklə şərtlənir.

-Keyfiyyət, ekologiya və əməyin təhlükəsizliyinə dair yüksək göstəricilərin təmin olunmasına yönəlik vahid inteqrə edilmiş idarəetmə sistemindən istifadə yolu ilə şirkətimiz istəyir ki:
- Ekoloji məsələləri nəzarətdə saxlamaqla bunların ətraf mühitin çirklənməsinin qarşısının alınmasına təsiri ilə bağlı riskləri minimuma endirsin;
- Əməkdaşlarımız və subpodratçılarımızın iş yerlərində sağlamlığının qorunmasını təmin etmək üçün peşə sağlamlığı və təhlükəsizliklə bağlı riskləri daim nəzarətdə saxlasın.


“AS Group Investment” Şirkətlər qrupunun təsisçisi Şahin Mövsümov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli peşəyə yiyələnən Səyyaf Tağıyev bu işin müqəddəsliyini qoruyub saxlayır. Səyyaf Tağıyev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Şahin Mövsümov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Şahin Mövsümov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Şahin Mövsümov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “AS Group Investment” Şirkətlər qrupu kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə “AS Group Investment” Şirkətlər qrupunun təsisçisi Şahin Mövsümov “Tərəqqi” medalı ilə təltif edilib. “AS Group Investment”-in təsisçisinin bu ali mükafata layiq görülməsi dövlət başçısının sahibkarlığa verdiyi dəstək və göstərdiyi qayğının göstəricisi olmaqla yanaşı olaraq, “AS Group Investment”-in fəaliyyətinə verilən yüksək qiymətdir.

2003-cü ildə yaradılmasına baxmayaraq, “AS Group Investment” qısa müddət ərzində böyük uğurlara imza atıb. 2014-cü ildə “AS Group Investment” Tiflisdə regionun ən iri yaşayış kompleksinin – “Dirsi”-nin tikintisinin 1-ci mərhələsini uğurla başa çatdırdı. 2016-cı ildə Buzovna qəsəbəsində “Villa Siena” lüks klass villalar kompleksinin, bu ilin əvvəlində isə Mingəçevir şəhərində “Park Residence” premium klass yaşayış binasının tikintisi uğurla başa çatdırıldı. Bu günədək “AS Group Investment” mülki və inzibati binaların, sənaye obyektlərinin tikintisini, infrastruktur layihələrini əhatə edən 40-dək layihəni uğurla başa çatdırıb. 2017-ci ilin 2-ci yarısında “Renessans Palace” premium klass yaşayış binasının istismara verilməsi nəzərdə tutulub.

Bununla yanaşı olaraq, 20-dən çox rayonda həyata keçirilən su-kanalizasiya sistemlərinin qurulması, çirkab suların emalı üzrə qurğuların quraşdırılması layihələrində “AS Group Investment”-ə məxsus Yevlax dəmir-beton məhsulları zavodunda istehsal olunan beton elementlər geniş tətbiq olunub. Dəmir-beton məhsulları ilə yanaşı olaraq “AS Group Investment” beton, beton məmulatları və armokarkas istehsal edir. 230-dan çox inşaat və istehsalat texnikası daxili və digər təşkilatların ehtiyaclarını ödəyir.

“AS Group Investment” fəaliyyət sahəsini daha da genişləndirərək, Hövsan qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, saxlanması və ixracını əhatə edən Aqropark-ın yaradılmasına start verdi. İlkin mərhələdə Aqropark-da pomidor və çiyələk (o cümlədən Azərbaycanda ilk dəfə olaraq ağ çiyələk) istehsal olunacaq. İstehsal olunan məhsulun daxili və xarici bazarlara, o cümlədən Yaxın Şərq, Avropa İttifaqı, Rusiya və Qazaxıstana ixrac olunması nəzərdə tutulub.

1000-dən çox insan çalışdığı “AS Group Investment”-in kollektivi dövlət başçısının dəstəyi və gərgin əməyi ilə qarşısına qoyduğu bütün məqsədlərə nail olacağına əmindir!


Şahin Mövsümov: Bizim məqsədimiz tikinti sektorunda müştərilərin tələbatına uyğun müxtəlif çeşiddə məhsulları  keyfiyyəti aşağı salmadan, daha endirimli qiymətlə təmin etməkdi
Şahin Mövsümov: Bizim məqsədimiz tikinti sektorunda müştərilərin tələbatına uyğun müxtəlif çeşiddə məhsulları  keyfiyyəti aşağı salmadan, daha endirimli qiymətlə təmin etməkdi
Şahin Mövsümov: Bizim məqsədimiz tikinti sektorunda müştərilərin tələbatına uyğun müxtəlif çeşiddə məhsulları  keyfiyyəti aşağı salmadan, daha endirimli qiymətlə təmin etməkdi
Şahin Mövsümov: Bizim məqsədimiz tikinti sektorunda müştərilərin tələbatına uyğun müxtəlif çeşiddə məhsulları  keyfiyyəti aşağı salmadan, daha endirimli qiymətlə təmin etməkdiБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər