Turxan Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur

Turxan Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olan, xəsarət alan və zərər çəkənlərlə bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk.

BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ

Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar, vəzifəli şəxslər və iş adamları da qoşulub. İlk edilən yardımlardan biri də Turxan Mahmudov edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. Turxan Mahmudov Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maddi yardım göndərib.

Turxan Mahmudov 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”

Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Turxan Mahmudovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Turxan Mahmudovdur.

Turxan Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Turxan Mahmudov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Turxan Mahmudova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Turxan Mahmudov - Tarix boyu Türkiyə və Azərbaycan arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hər iki xalqlar istər xoş günlərdə, istərsə də çətin vaxtlarda birlik nümayiş etdirib, bir-birinin sevincini və kədərini bölüşüb.

Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olması bütün dünyaya bəllidir. Qırx dörd günlük qürur dolu Vətən müharibəsi zamanı hər kəs buna bir daha əmin oldu. Qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Ulu Öndər Heydər Əliyevin müdrikcəsinə dediyi kimi, "bir millət, iki dövlət"in birliyi dünyaya nümayiş etdirildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı.

Turxan Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Qardaş ölkədə fevralın 6-da baş vermiş dəhşətli zəlzələ iki dövləti yenə də yumuruq kimi birləşdirdi. Ölkələrimiz yenə də bütün dünyaya örnək davranışlar sərgilədilər. Belə ki, böyük ərazini əhatə edən dağıntılara, 10 minlərlə insan tələfatına səbəb olan zəlzələ Türkiyə ilə bərabər Azərbaycana da eyni acını yaşatdı. Həm dövlət səviyyəsində, həm də xalq olaraq hamı qardaş dövlət üçün eynilə 44 günlük Vətən müharibəsində olduğu kimi bir yumruq tək birləşdi. Ulu Öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” şüarı tarixi həqiqəti yenə də öz təsdiqini tapdı.

Zəlzələdən dərhal sonra dövlətimizin başçısı İlham Əliyevin tapşırığına əsasən, xilasedici heyət qardaş ölkəyə göndərildi və hadisə yerinə çatan kimi Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başladılar. Bundan sonra da Türkiyə Respublikasında güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin növbəti yardımları və xilasetmə qrupları qardaş ölkəyə yola salındı. Həmçinin Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə bir neçə təyyarə Türkiyədə zəlzələ baş verən ərazilərə tibbi ləvazimatlar, isti geyimlər və çadırlar çatdırdı.

Turxan Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur


Qürurverici haldır ki, Azərbaycan xalqının dəstəyi təkcə dövlət səviyyəsində deyil, əhali arasında da qardaş dövlətə sevgini, diqqəti ən yüksək şəkildə göstərdi. Müxtəlif vəzifə mənsubları, hansı sosial statusa malik olmasına baxmayaraq hər kəs bütün imkanlarını səfərbər edərək Türkiyə xalqının yanında olduğunu açıq şəkildə nümayiş etdirirlər. Belə ki, ölkəmizin bütün bölgələrində Türkiyəyə yardımlar toplanır, hər kəs bacardığı qədər öz köməyini göstərir. Eyni zamanda, bu faciənin fəsadlarının aradan qaldırılması ilə bağlı istər dövlət qurumları, istər könüllü təşkilatları, istərsə də özəl təşkilatlar var gücləri çalışırlar. Bu da tarixin sınaqlarından çıxan, illər keçdikcə daha da möhkəmlənən bağlılığın, birliyin, həmrəyliyin, qardaşlığın əməldə göstəricisidir. Türkiyə-Azərbaycan birliyi bir daha dünyaya sübut edir ki, onlar hər zaman bir yerədirlər. Xalqımız hər zaman olduğu kimi, bu mühüm məqamda da türkiyəli qardaşları ilə həmrəy olduğunu nümayiş etdirdi.


Turxan Mahmudov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər