Daxil Kərimov: Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır

Daxil Kərimov: Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır


Türkiyə Respublikasında baş verən zəlzələ nəticəsində həlak olan, xəsarət alan və zərər çəkənlərlə bağlı dərin hüznlə kədərləndiyimizi bildiririk.

BAȘIN SAĞ OLSUN, QARDAŞ TÜRKiYƏ

Qardaş Türkiyəyə yardıma dövlətimizlə yanaşı vətəndaşlar, vəzifəli şəxslər və iş adamları da qoşulub. İlk edilən yardımlardan biri də 21 saylı Xüsusi notariatu Daxil Kərimov edib. Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan, kimi döşək, kimi gödəkcə gətirir, kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir. 21 saylı Xüsusi notariatu Daxil Kərimov Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) rəsmi fonduna maddi yardım göndərib.

21 saylı Xüsusi notariatu Daxil Kərimov 44 günlük Vətən müharibəsində də istər orduya, hərbçilərimizə, istər şəhid ailələri və qazilərə etdiyi yardımları ilə xatırlanır.

“Biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir”

21 saylı Xüsusi notariatu Daxil Kərimov - Fevralın 6-da Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbərləri Azərbaycan xalqıı çox sarsıntı və sonsuz kədər hissi ilə qarşılamışdır.

Zəlzələ milyonlarla əhalinin yaşadığı 7 bölgəni əhatə edir. Bu anadək təbii fəlakət qurbanlarının sayı 8 minə yaxınlaşır, yaralıların sayı on minlərlədir. Çox təəssüf ki, bu rəqəmlər getdikcə böyüyür, dağıntılar altında çoxlu sayda insan qalmışdır. Türkiyədə 7 günlük milli matəm elan olunmuşdur.

Azərbaycan dövləti zəlzələ baş verən andan hamıdan qabaq qardaş Türkiyənin yanında olduğunu və etibarlı dost münasibətini nümayiş etdirməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edərək zəlzələ zamanı həlak olanların ailələrinə və qardaş Türkiyə xalqına şəxsən öz adından və xalqımız adından başsağlığını çatdırmış, yaralananların tezliklə şəfa tapmasını diləmişdir. Bu gün isə dövlətimizin başçısı Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək qardaş ölkənin xalqına bir daha başsağlığını ifadə edib. Səfirlə görüşərkən deyib ki, biz bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur və bu da təbiidir.

Onun xüsusi göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin 400 nəfərdən artıq bir neçə cevik xilasetmə heyəti hal-hazırda fədakarlıqla hadisə bölgəsində gecə-gündüz mücadilə aparmaqdadır. Kömək üçün yeni qüvvələr səfərbər olunur. Ehtiyac duyulan texnika və ləvazimatlar, o cümlədən hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı artıq fəlakət bölgəsinə yola salınıb.

Qardaş ölkəyə müxtəlif formalarda humanitar yardımlar göstərilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən bu məqsədlə böyük maliyyə vəsaiti ayrılıb. Azərbaycan parlamenti də qardaş ölkəyə öz maddi və mənəvi dəstəyini verməkdədir. Bakı şəhərində və bölgələrdə şəxsi təşəbbüslərlə fəaliyyətə başlayan Türkiyəyə yardım mərkəzlərinin sayı günbəgün artmaqda davam edir, bu məntəqələrin qarşısında kömək təklif edən insanlardan ibarət böyük növbələr yaranıb. Cəmi 2 gün ərzində milyondan çox azərbaycanlı sahibkar və sadə vətəndaş bu kampaniyada iştirak edib və bu proses durmadan davam edir.

Azərbaycan xalqı Türkiyənin hər zaman Azərbaycana qardaş kimi arxa-dayaq olduğunu unutmur. 44 günlük Vətən müharibəsində Türkiyə elə ilk dəqiqələrdən etibarən son dərəcə böyük siyasi və mənəvi dəstək nümayiş etdirərək Azərbaycanın əsl qardaşı olduğunu sübut edib. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi isə siyasi müttəfiqliyimizin və ortaq təhlükəsizliyimizin hüquqi əsasıdır.

Qürurvericidir ki, Prezident İlham Əliyev Azərbaycan-Türkiyə dostluğunu, qardaşlığını dünya üçün örnək olduğunu vurğulayıb: "Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, belə arxa-dayaq dursun". Bu tarixi həqiqətin təsdiqi kimi, Azərbaycan ictimaiyyətinin Türkiyədəki təbii fəlakətlə bağlı nümayiş etdirdiyi narahatlıq və həyəcan hissləri, dəstək vermək istəyi bir daha göstərir ki, iki qardaş ölkənin birliyi sarsılmaz və əbədidir.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər