Vaqif Qələndərli: Klinikamızın əsas məqsədi adina layiq tibbi xidmət göstərmək və beynalxalq standartlardan geri qalmamaqdır

Vaqif Qələndərli: Klinikamızın əsas məqsədi adina layiq tibbi xidmət göstərmək və beynalxalq standartlardan geri qalmamaqdır



Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Tibb üzrə elmlər doktoru, professor, Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyasının tibb və əczaçılıq elmləri üzrə Ekspert Şurasının müavini, Azərbaycan Plastik Cərrahlar Assosiasiyasının sədri, Beynəlxalq Plastik Cərrahiyyə Assosiasiyasının idarə heyətinin həqiqi üzvü, plastik və rekonstruktiv cərrahı Vaqif Qələndərlinin keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Vaqif Qələndərli qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Vaqif Qələndərli səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Vaqif Qələndərliyə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Vaqif Qələndərlidir.

Vaqif Qələndərli peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Vaqif Qələndərli bu işin müqəddəsliyini qoruyub saxlayır. Vaqif Qələndərli kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Vaqif Qələndərli Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Qələndər Klinikası 2007-ci ildən plastik rekonstruktiv sahədə fəaliyyətə başlayıb. Mərkəzləşmiş klinika müasir elmi texniki tərəqqinin inkişafına və tələblərinə cavab verən Almaniya, İtaliya, Türkiyə dövlətlərində istehsal olunan müasir tibbi təyinatlı avadanlıqlarla təchiz olunmuşdur. Qələndər Klinakası bu sahələr üzrə xidmət göstərir:
Plastik rekonstruktiv cərrahiyyə,
Estetik cərrahiyyə,
Ultrasəs Müayinəsi,
Burun-Boğaz-Qulaq xəstəlikləri müalicəsi,
Kardioloq,
Dermatoloq,
Laboratoriya.
Klinika rəhbəri Tibb Elmləri Üzrə Professor Vaqif Qələndərlidir. Klinikamızın əsas məqsədi adina layiq tibbi xidmət göstərmək və beynalxalq standartlardan geri qalmamaqdır. Əməliyyat bloqları ən müasir səviyyədə təchiz edilmişdir. Əməliyyat stolları çox funksiyalı olmaqla, əməliyyat boyu xəstənin rahatlığını tam təmin etməyinə imkan yaradır. Burada ən müasir anesteziya avadanlıqları, cərrahi cihazlar və avadanlıqlar, o cümlədən endoskopik dayanacaqlar quraşdırılmışdır. Bütün bu sadalananlar cərrahi əməliyyatların qisa müddətə az travmatik və fəsadsız həyata keçirilməsi üçün geniş imkanlar yaradır. Qələndər Klinikasında aparılan cərrahi əməliyyatlar geniş profilli olub, həm klassik metodların tətbiqi həm də Lazer cərrahiyəsi üsulları ilə həyata keçirilir.

Klinikamızda icra olunan əməliyyatlar :
- Burnun rekonstruktiv və estetik əməliyyatlari (Septorinoplastika, Burun rekonstruksiyası) ;
- Göz qapaqları və göz ətrafı qırışlarının aradan qaldırılması, artıq piy toxumalarının ləğvi ( Blefaroplastika );
- Üzdə qırışıqlıqların Lipofiling və Üz gərmə (Face lifting) ilə aradan qaldırılması;
- Hemangioma və çapıqların tam ve hissəvi aradan qaldırılması;
- Qadınlarda süd vəzi əməliyyatları:
- Reduksion mammoplastika (süd vəzilərinin kiçildilməsi),
- Mastopeksiya (süd vəzilərinin dikləşdirilməsi),
- Implantla süd vəzilərinin böyüdülməsi ;
- Kişilərdə Ginekomastiyanın aradan qaldırılması ;
- Bədənin müxtəlif nahiyyələrində olan artıq piylərin Liposaksiya ilə götürülməsi
- Qarın bölgəsində olan dəri çatları, Sezəryan əməliyyatından sonra qalmiş çapığın və artıq piylərin Abdominoplastika ilə aradan qaldırılması;
- Yuxari və aşağı ətraflarda ( əl və ayaq ) vətər və yumşaq toxumaların zədələnmələri nəticəsində yaranmış hərəkət məhdudluğunun aradan qaldırılması;
- Uşaqlarda və böyüklərdə anadangəlmə dodaq , damaq yarıqlarının bərpası. (Xeyloplastika , Uranoplastika)
- Əl və ayaq barmaqlarının anadangəlmə bitişik olmasının (sindaktiliya ) aradan qaldirılması .
- Anadangəlmə əyriboyunluluğun ( tortikolis ) aradan qaldırılması.
- Baş dərisində saç tökülməsi və müəyyən xəstəliklər nəticəsində saçın olmamasının cərrahi yolla aradan qaldırılması.
- Qulağın müxtəlif deformasiyaları və Kəpçəqulağın ( Şəlpəqulaq ) aradan qaldırılması əməliyyatı .
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər