Xəlil Hüseynov - Gözlərə nur bəxş edən tanınmış həkim

Xəlil Hüseynov - Gözlərə nur bəxş edən tanınmış həkim


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Oftalmoloq-cərrah, tibb elmləri namizədi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) oftalmologiya şöbəsinin rəhbəri Xəlil Hüseynovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

İnsan o zaman xoşbəxt ola bilər ki, öz peşəsini ürəkdən sevsin. O, dərk etsin ki, bu peşə xalqa lazımdır və onun əməyi xalqa fayda gətirir. Həkimlik sənəti qəhrəmanlıq, hünər deməkdir. Bu peşə insandan fədakarlıq, saf niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır.
Həkim soyuqqanlı, xoşxasiyyət və insanpərvər olmalıdır. O, xəstə üçün ata, sağalmaqda olan insan üçün mühafizəçi, sağlam şəxs üçün dost hesab edilməlidir. O, xəstənin sağalmağa olan ümidini hər an dəstəkləməlidir.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Oftalmoloq-cərrah, tibb elmləri namizədi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) oftalmologiya şöbəsinin rəhbəri Xəlil Hüseynovdur.

Xəlil Hüseynov - Gözlərə nur bəxş edən tanınmış həkim


Oftalmoloq-cərrah, tibb elmləri namizədi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) oftalmologiya şöbəsinin rəhbəri Xəlil Hüseynov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Xəlil Hüseynov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Oftalmoloq-cərrah, tibb elmləri namizədi, Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) oftalmologiya şöbəsinin rəhbəri Xəlil Hüseynova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.


Xəlil Hüseynov - Gözlərə nur bəxş edən tanınmış həkim

Xəlil Hüseynov - Gözlərə nur bəxş edən tanınmış həkimБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər