Mirfəyyaz Nağıyev: Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır

Mirfəyyaz Nağıyev: Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır


"MSDIS Holdinq"in Baş Direktoru Mirfəyyaz Nağıyev - "MSDIS Holding" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyir.

"MSDIS Holding"in əsas missiyası investisiya yatırdığı sahələrdə güclü strateji ortaqları ilə birlikdə uzunmüddətli inkişafa və böyük nəticələrə nail olmaq, keyfiyyətli məhsul və xidmət istehsal etmək, insan resurslarından səmərəli istifadə etmək, əməkdaşların peşə bacarıqlarını, maddi və sosial rifahını yüksəltməkdir.

"MSDIS Holding"in əsas tezisi "İnsan dəyər üçün, dəyər insan üçün"dür!

"MSDIS Holding" qloballaşan və müasirləşən dünyanın bir parçası olan Azərbaycan iqtisasiyyatına və cəmiyyətinə investisiyası və məsuliyyətli korporativ vətəndaş kimliyi ilə töhfə vermək niyyətindədir.

"MSDIS Holding" ölkəmizdəki elmi-texniki tərəqqinin bir parçası olmağı, yeni inkişaf meyarları yaratmağı, bəşəri dəyərlərə, sosial və ekoloji məsələlərə məsuliyyətli yanaşmağı, fərqli və yenilikçi düşüncəyə dəyər verməyi özünə borc bilir.

DƏYƏRLƏRİMİZ

Ədalət və dürüsütlük

Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır. Biz əməkdaşlarımıza, müştərilərimizə və investorlarımıza qarşı ədalətli və dürüst olmağı özümüzə borc bilirik.

Hörmət və bərabərlik

Bütün əməkdaşlarımızın fikirlərini açıq və sərbəst ifadə etmək azadlığı var və biz onların düşüncə və fikirlərinə önəm veririk. Əməkdaşlarımız və peşə münasibətləri qurduğumuz insanlara qarşı din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq.

Məsuliyyətlilik

Holdingimiz səhmdarlarımız, partnyorlarımız, əməkdaşlarımız və müştərilərimiz qarşısında tam məsuliyyətlə çalışır. Hər bir əməkdaş öz vəzifə öhdəliklərini mənimsəyir, öz üzərinə düşən işi keyfiyyətli görməsində cavabdehlik hiss edir, uğurlu nəticənin əldə edilməsində aktiv iştirakçıya çevrilir.

Keyfiyyət və mükəmməllik

Bütün layihələrdə keyfiyyət və mükəmməllik başlıca meyardır. Bu, özünü gələcəyə baxışımızda, hədəflərimizdə, idarəetmədə, qərarların qəbulunda, gündəlik iş fəaliyyətində, müasir texnologiyaların və innovativ üsulların tətbiqində özünü büruzə verir.

Faydalılıq

Ölkə iqtisadiyyatına və cəmiyyətimizə faydalı olmaq, insanlarımızın etibarını qazanmaq üçün hər zaman səy göstərir, iqtisadi-sosial məsuliyyətmizi dərk edirik. Bütün qərarlarımızda gələcək nəsillər üçün mənəvi, mədəni və iqtisadi irs qoymağı hədəfləyirik.

"Şans yolunda" lotereyasının qalibləri açıqlandı

Mirfəyyaz Nağıyev: Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır


"MSDIS Holding"in tərkibində olan “MS Oil” yanacaqdoldurma məntəqələrində təşkil olunan və 5 ay davam edən “Şans yolunda” lotereyasına yekun vurulub.

“Şans yolunda” lotereyası bu ilin fevralın 10-da start götürüb, iyulun 10-də saat 23:00-da isə yekunlaşıb. Stimullaşdırıcı lotereyanın təşkili İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2 fevral 2022-ci il tarixində qeydə alınmışdır. Lotereyanın şərtlərinə görə, müştərilər “MS Oil” yanacaqdoldurma məntəqələrindən 30 AZN dəyərində yanacaq doldurmaları kifayət idi! Hər 30 AZN dəyərində yanacaq müştəriyə 1 bilet qazandırıb. Biletin seriya nömrəsi yazılan əsas hissəsi iştirakçıda qalıb, iştirakçının məlumatları qeyd olunan hissəsi isə doldurulduqdan sonra kəsilərək lotodroma atılıb. Yekunda final tirajda lotodromda 277860 bilet olub.

Lotereyanın uduş fondunda 500 AZN dəyərində 20 ədəd “Avtosistem” kuponu, 1000 AZN dəyərində 10, 2000 AZN dəyərində 5 ədəd pul kartları, 5 ədəd “iPhone 13” smartfonu, 2 ədəd "Khazar LX" sedan avtomobili və super uduş 1 ədəd “Kia Stonic Luxe" markalı avtomobil oynanılıb. Uduşsuz hər 100 bilet sahibinə 10 AZN dəyərində MS Oil hədiyyə kartı verilir.

Bildirək ki, şəffaflığı təmin etmən üçün həmin hissə tam olaraq lentə alınıb və “MSDIS Holding”in rəsmi youtube kanalında izləyə bilərsiniz.

Mirfəyyaz Nağıyev: Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır
Mirfəyyaz Nağıyev: Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır
Mirfəyyaz Nağıyev: Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır
Mirfəyyaz Nağıyev: Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır
Mirfəyyaz Nağıyev: Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər