Mirfəyyaz Nağıyev: Azərbaycan Respublikası dünyəvi ölkə olsa da, ölkənin əksəriyyətini təşkil edən müsəlmanlar bayramı hər il dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd edirlər

Mirfəyyaz Nağıyev: Azərbaycan Respublikası dünyəvi ölkə olsa da, ölkənin əksəriyyətini təşkil edən müsəlmanlar bayramı hər il dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd edirlər


"MSDIS Holdinq"in Baş Direktoru Mirfəyyaz Nağıyev - Azərbaycan Respublikası multikultural bir ölkə olaraq bütün xalqların dini və milli bayramlarına hörmət və ehtiram göstərir, ərazimizdə yaşayan digər millətlərin öz adətlərini həyata keçirməsinə şərait yaradır. Bütün dünyaya mümunə olacaq multikultural ənənələr bizi bir dövlət olaraq daha da güclü edir. Azərbaycanda yaşayan xalqların vahid Azərbaycan dövlətinin ətrafında daha da möhkəm və sıx birləşmələrinə, dövlətlərinə sadiqliyinə səbəb olur.

Qarşıdan müqəddəs Qurban bayramı gəlir. Hər il bütün müsəlman dünyası təfindən qeyd edilən Qurban bayramı bu il xüsusi əhəmiyyət kəsb edir. Ordumuzun 44 günkük zəfərindən sonra təqvimdə çoxalan zəfər bayramlarının fonunda Qurban bayramının təntənəsi daha da artdı. Torpaqlarımızın işğalda olduğu 30 il ərzində çox diləklər dilədik, çox qurbalar arzu etdik. 30 il ərzində xalqımızın hər bir vətəndaşı doğma ata – baba yurdunun azad olunması üçün qurban kəsəcəyini diləmişdi. Xalqımızın igid övladları bu xoş günün gəlməsi, qələbə müjdəsinin yolunu qanlı döyüşlərdən keçəcəyini çox yaxşı bilirdi. Canını və qanını Vətən uğrunda fəda edən igidlərimiz bu arzularımızı gerçəkləşdirdi. 44 günlük döyüşlər zamanı ordumuz bir –birinin ardınca azad etdiyi torpaqlar şəhid qanıyla suvarılmış, uğrunda yüzlərlə şəhid öz canını fəda etmişdir.

Builki Qurban bayramı diləklərimizin hasilə yetdiyi bir bayram olacaq. Bu il işğaldan azad olan yurd yerlərimizdə illərdən sonra ilk dəfə bayram namazları qılındı, doğma torpaqlarımız azan səsi ilə bir daha isindi.

Qəlbimizdəki diləklərin nazil olması üçün canından keçən şəhidlərimizin, qazilərimizin amallarının təntənəsidir, bayramlarıdır qarşılayacağımız Qurban bayramı. Azərbaycan xalqına bayramlar çox yaraşır.

Qoy kəsiləcək bütün qurbanlarımızı Tanrı qəbul etsin.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər