Mirfəyyaz Nağıyev: "MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyir

Mirfəyyaz Nağıyev: "MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyir


"MSDIS Holdinq"in Baş Direktoru Mirfəyyaz Nağıyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Mirfəyyaz Nağıyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, "MSDIS Holdinq"in Baş Direktoru Mirfəyyaz Nağıyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

"MSDIS Holdinq"in Baş Direktoru Mirfəyyaz Nağıyev - Ümumilli lider, Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Müasir Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla və müvəffəqqiyətlə davam etdirilən iqtisadi islahatlar Azərbaycanımızın bünövrəsini təşkil edir. Azərbaycan bazar iqtisadiyyatı yolunda inamla irəliləyir və sürətlə inkişaf etmiş dünyaya inteqrasiya edir. Ali Baş Komandan öz adını tarixə Qızıl hərflərlə yazan Cənab İlham Əliyevin qeyri-neft sektoruna göstərdiyi səylərin nəticəsində ölkəmizdə sahibkarlığın inkişafı üçün ciddi şəkildə dayanıqlı və əlverişli şərait yaranmışdır. Həmçinin, əlverişli investisiya mühiti, dövlətin sahibkarlığa yaratdığı geniş imkanlar, özəl sektora göstərilən qayğı ölkə iqtisadiyyatının inkişaf təməlinə çevrilmiş və dövlətin neft sektorundan asılılığını demək olar ki, aradan qaldırmışdır.

Təbii ki, “MSDIS Holdinq” də çiçəklənən və dayanıqlı Azərbaycan iqtisadiyyatının bir parçasına çevrilməyi, inkişaf templərinə təkan verməyi özünə əsas məqsəd seçmişdir. Biz holding olaraq, ölkə iqtisadiyyatında özəl sektorun inkişafının vacibliyini və əhalimizin rifah səviyyəsinin yüksəldilməsində üzərimizə düşən məsuliyyəti tam anlayırıq.

Fəaliyyətə başladığı qısa müddət ərzində “MSDIS Holding” də istehsalat, inşaat və yanacaqdoldurma sahələrində uğurlar əldə etmiş, müştərilərinə keyfiyyətli xidmət göstərmişdir. Holdingimizin inkişafının mərkəzində insan amili dayanıb. Əməkdaşlarımız, tərəfdaşlarımız və müştərilərimiz arasındakı qarşılıqlı hörmət, inam və komanda ruhu müvəffəqiyyətli işlərimizin təməlini təşkil edir.

“MSDIS Holdinq” rəhbərliyi olaraq bizə yaradılan şəraitə görə ölkə başçısı Cənab İlham Əliyev başda olmaqla dövlətimizə, eyni zamanda holdingimizin müvəffəqiyyətli nəticələr əldə etməsində ən vacib rol oynayan idarəçilərimizə, müştərilərimizə və əməkdaşlarımıza dərin təşəkkür edirəm.

Əminəm ki, “MSDIS Holdinq” bundan sonra da bütün dəyərlərinə sadiq qalacaq, daha böyük və uğurlu layihələr həyata keçirərək Asiya və Avropaya ixracatlar edərək Azərbaycan iqtisadiyyatının nə dərəcədə önəmli və əhəmiyyətli pay sahibi olduqunu yeni nailiyyətlərə imza atmaqla bütün Dünyaya tanıtdıracaq.

"MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyir.

"MSDIS Holdinq"in əsas missiyası investisiya yatırdığı sahələrdə güclü strateji ortaqları ilə birlikdə uzunmüddətli inkişafa və böyük nəticələrə nail olmaq, keyfiyyətli məhsul və xidmət istehsal etmək, insan resurslarından səmərəli istifadə etmək, əməkdaşların peşə bacarıqlarını, maddi və sosial rifahını yüksəltməkdir.

Mirfəyyaz Nağıyev: "MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyir


"MSDIS Holdinq"in əsas tezisi "İnsan dəyər üçün, dəyər insan üçün"dür!

"MSDIS Holdinq" qloballaşan və müasirləşən dünyanın bir parçası olan Azərbaycan iqtisasiyyatına və cəmiyyətinə investisiyası və məsuliyyətli korporativ vətəndaş kimliyi ilə töhfə vermək niyyətindədir.

"MSDIS Holdinq" ölkəmizdəki elmi-texniki tərəqqinin bir parçası olmağı, yeni inkişaf meyarları yaratmağı, bəşəri dəyərlərə, sosial və ekoloji məsələlərə məsuliyyətli yanaşmağı, fərqli və yenilikçi düşüncəyə dəyər verməyi özünə borc bilir.

DƏYƏRLƏRİMİZ

Ədalət və dürüsütlük

Fəaliyyətimizin təməlində ədalət və dürüstlük anlayışları dayanır. Biz əməkdaşlarımıza, müştərilərimizə və investorlarımıza qarşı ədalətli və dürüst olmağı özümüzə borc bilirik.

Hörmət və bərabərlik

Bütün əməkdaşlarımızın fikirlərini açıq və sərbəst ifadə etmək azadlığı var və biz onların düşüncə və fikirlərinə önəm veririk. Əməkdaşlarımız və peşə münasibətləri qurduğumuz insanlara qarşı din, dil, irq, milliyyət və sosial statuslarına baxmadan bərabər davranırıq.

Məsuliyyətlilik

Holdingimiz səhmdarlarımız, partnyorlarımız, əməkdaşlarımız və müştərilərimiz qarşısında tam məsuliyyətlə çalışır. Hər bir əməkdaş öz vəzifə öhdəliklərini mənimsəyir, öz üzərinə düşən işi keyfiyyətli görməsində cavabdehlik hiss edir, uğurlu nəticənin əldə edilməsində aktiv iştirakçıya çevrilir.

Keyfiyyət və mükəmməllik

Bütün layihələrdə keyfiyyət və mükəmməllik başlıca meyardır. Bu, özünü gələcəyə baxışımızda, hədəflərimizdə, idarəetmədə, qərarların qəbulunda, gündəlik iş fəaliyyətində, müasir texnologiyaların və innovativ üsulların tətbiqində özünü büruzə verir.

Faydalılıq

Ölkə iqtisadiyyatına və cəmiyyətimizə faydalı olmaq, insanlarımızın etibarını qazanmaq üçün hər zaman səy göstərir, iqtisadi-sosial məsuliyyətmizi dərk edirik. Bütün qərarlarımızda gələcək nəsillər üçün mənəvi, mədəni və iqtisadi irs qoymağı hədəfləyirik.

11-ci "MS Oil" fəaliyyətə başladı

Xızı rayonu, Giləzi qəsəbəsində “MSDIS Holding”ə məxsus ən yüksək standartlara cavab verən “MS Oil” yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub. Bununla da Bakıda “MS Oil”lərin sayı 11-ə çatıb.

“MSDIS Holding” nümayəndələri və qonaqların iştirak etdiyi tədbir dövlət himni ilə start götürüb və sayca 11-ci "MS OİL" YDM-nin açılışını bildirən rəmzi qırmızı lent və tort kəsilib.

Qeyd edək ki, Giləzi qəsəbəsindəki “MS Oil”də 10 nəfər əməkdaş çalışır. “MS Oil”in fəaliyyət sahələrini benzin və dizel yanacağının satışı təşkil edir.

Mirfəyyaz Nağıyev: "MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyirMirfəyyaz Nağıyev: "MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyirMirfəyyaz Nağıyev: "MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyirMirfəyyaz Nağıyev: "MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyirMirfəyyaz Nağıyev: "MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyirMirfəyyaz Nağıyev: "MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyirMirfəyyaz Nağıyev: "MSDIS Holdinq" dinamik və inkişaf yönümlü strategiyası ilə investisiya yatırdığı sahələrdə keyfiyyəti, etibarlılığı və dayanıqlığı qorumağı əsas məqsəd seçib və ölkənin ən öncül şirkətlərindən biri olmağı hədəfləyir
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər