Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldı

Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldı


Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldı

Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldı


İsmayıllı rayonunda “MSDIS Holding”ə məxsus ən yüksək standartlara cavab verən “MS Oil” yanacaqdoldurma məntəqəsinin rəsmi açılış mərasimi olub. Bununla da “MS Oil”lərin sayı 12-yə çatıb.

“MSDIS Holding” nümayəndələri və qonaqların iştirak etdiyi tədbir dövlət himni ilə start götürüb və sayca 12-ci "MS Oil" YDM-nin açılışını bildirən rəmzi qırmızı lent və tort kəsilib.

Açılış mərasimində İsmayıllı rayonundan olan İkinci Qarabağ müharibəsi qazisi Qismət Əliabbaszadə də iştirak edib. O, çıxış nitqində 44 günlük Vətən müharibəsindəki möhtəşəm Zəfərimizdən bəhs edib və yeni YDM-nin açılışı münasibətilə holding əməkdaşlarını təbrik edib.

Həmçinin tədbirin sonunda holding adından qurban kəsilib.

Qeyd edək ki, İsmayıllı rayonundakı “MS Oil”də 12 nəfər əməkdaş çalışır. “MS Oil”in fəaliyyət sahələrini benzin və dizel yanacağının satışı təşkil edir.

Məlumat üçün bildirək ki, bu gün həm də “MS Oil” YDM-lərdə “Şans yolunda” stimullaşdırıcı lotereyası davam edir. Lotereyanın şərtlərinə linkə daxil olaraq baxa bilərsiniz:

Xatırladaq ki, “MS Oil”in filialları aşağıdakı ünvanlarda yerləşir.

MS Oil 1: Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 may küçəsi;

MS Oil 2: Xırdalan qəsəbəsi, Bakı-Quba yolunun 12-ci kilometrliyi;

MS Oil 3: Koroğlu Rəhimov küçəsi, 65;

MS Oil 4: Hövsan qəsəbəsi, Elman Qasımov küçəsi, 8;

MS Oil 5: Bakı şəhəri, Salyan şosesi 13 km;

MS Oil 6: Xırdalan şəhəri, Masazır dairəsi;

MS Oil 7: Sabunçu rayonu, Zabrat qəsəbəsi;

MS Oil 8: Zirə qəsəbəsi, Zirə-Pirallahı yolunu qərb hissəsi.

MS Oil 9: Abşeron rayonu, Saray qəsəbəsi, Bakı-Quba avtomobil yolunun 22-ci kilometrliyi

MS Oil 10: Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, Bakı-Şamaxı yolu.

MS Oil 11: Xızır rayonu, Giləzi qəsəbəsi, Quba-Bakı yolu.

MS Oil 12: İsmayıllı rayonu.


Sayca 12-ci "MS Oil" İsmayıllıda açıldıSayca 12-ci "MS Oil" İsmayıllıda açıldıSayca 12-ci "MS Oil" İsmayıllıda açıldıSayca 12-ci "MS Oil" İsmayıllıda açıldıSayca 12-ci "MS Oil" İsmayıllıda açıldıSayca 12-ci "MS Oil" İsmayıllıda açıldıSayca 12-ci "MS Oil" İsmayıllıda açıldıSayca 12-ci "MS Oil" İsmayıllıda açıldıSayca 12-ci "MS Oil" İsmayıllıda açıldıSayca 12-ci "MS Oil" İsmayıllıda açıldıБесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər