İŞİD Çempionlar Liqasının finalına baxanlara hücum edib — azı 12 ölü

İŞİD Çempionlar Liqasının finalına baxanlara hücum edib — azı 12 ölü












İraqda Madridin “Real” klubunun azarkeşlərinə terror hücumu olub, azı 12 nəfər ölüb.

Hadisə Bakubə şəhərində baş verib.

Dörd terrorçu Madrid klubu azarkeşlərinin Çempionlar Liqasının finalını izlədiyi məkana girib və pərakəndə şəkildə atəş açmağa başlayıb. Daha sonra terrorçular hadisə yerindən uzaqlaşıblar.

İraq hökuməti bəyan edib ki, terror hücumuna görə məsuliyyəti “İraq Şam İslam Dövləti” terror təşkilatı daşıyır.

Xatırladaq ki, mayın 13-də İraqın digəri şəhərində - Samirədə də “Real” azarkeşlərinə hücim olmuş və azı 16 nəfər ölmüşdü. Həmin hücuma görə məsuliyyəti İŞİD öz üzərində götürmüşdü. (Musavat.com)
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər