İstanbuldan İrəvana uçuşları bu aviaşirkət HƏYATA KEÇİRƏCƏK

İstanbuldan İrəvana uçuşları bu aviaşirkət HƏYATA KEÇİRƏCƏK


"Türkiyənin "Pegasus" aviaşirkəti İstanbul-İrəvan marşrutu üzrə uçuşlara başlamağa hazırlaşır".

"Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu NTV telekanalının efirində deyib.

Onun sözlərinə görə, sözügedən şirkət yaxın günlərdə uçuşlara başlayacaq.

Bundan əlavə, o, artıq Ermənistandan olan başqa bir şirkətin də eyni marşrut üzrə uçuşlar həyata keçirmək arzusunun olduğunu bildirib.

Dekabrın 20-də Ermənistanın Mülki Aviasiya Komitəsi Sputnik Ermənistan-ın sorğusuna cavab olaraq "Flyone Armenia"nın 2015-ci ildən sonra Türkiyəyə uçuşlar həyata keçirəcək ilk Ermənistan aviaşirkəti olacağını açıqlayıb .

Ermənistanla Türkiyə arasında diplomatik əlaqələr yoxdur. 2009-cu ildə Sürixdə iki dövlətin xarici işlər nazirləri diplomatik münasibətlərin qurulması və münasibətlərin prinsipləri haqqında protokollar imzalasalar da, bu sənədlər tərəflər tərəfindən ratifikasiya olunmayıb. 2018-ci il martın 1-də Ermənistan protokolları ləğv etdiyini açıqlayıb.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников
Paylaş:   

Oxşar olan digər xəbərlər